"Yekə yekə danışırsız, amma"…
20.06.2023 [10:18]
"Meydan fiaskosu" hələ Elçibəyin dövründə yaşanmışdı
Radikal müxalifətin ötən illər ərzində ancaq "dil pəhləvanı" olması həqiqəti kimsəyə sirr deyil. 1993-cü ildən bu yana yalnız boş danışıq və taftalogiya ilə "yadda qalan" radikal azlıq 30 ildən sonra da eyni "havanı çalır". Son dövrlərin ən mühüm "təhlilçisi" statusuna qaldırılmış "qol-qola Tofiq" - Tofiq Yaqublu hələ də 1990-cı illərin əvvəlinin havasından ayılmayıb. Bu kimi halların təsiridir ki, ötən 30 ildə baş verən siyasi-ictimai hadisələr, ictimai rəy, o cümlədən real siyasi situasiyalar və hərəkətlənmələr kimi mühüm amillər belələri üçün "maraq" kəsb etmir – onlar 30 ildir yatdıqları "yuxudan" ayılmaq belə istəmirlər. Ayılanda isə keçmiş günlərinin xiffətini çəkirlər. Başqa sözlə, "kor tutduğunu buraxmır". İndi də sosial şəbəkələrdə köhnə günləri ilə bağlı "nisgilli" statuslar paylaşan Yaqublu meydanlar üçün "darıxırmış". O hətta meydanlardan başqa yol düşünənləri "özünü aldatmaqda" ittiham edir.
Birincisi, T.Yaqublunun özü üçün də anlaşılan deyil ki, hansı meydandan danışır – sonuncu dəfə onun pul şəriki Əli Kərimli meydana 200 nəfər çıxara bilmədiyi üçün mitinq sevdasından birdəfəlik əl çəkmişdi. Ümumiyyətlə isə, radikal müxalifətin "meydan fiaskosu"nun tarixi bir az daha əvvələ təsadüf edir – 1993-cü ilin iyunun əvvəlində Əbülfəz Elçibəy o zamankı prezident adminstrasiyasının qarşısına mitinq təyin etdirmişdi. Bu mitinqə isə 300 nəfərdən də az adam gəlmişdi. O dövrün canlı şahidləri etiraf edirlər ki, bu mənzərəni görən Elçibəy ətrafındakılara "nə yekə-yekə danışırsız, bir meydana 300 adam yığa bilmədiniz" deyə irad tutmuşdu. Beləliklə, "meydançılar" üçün "meydan fiaskosu" elə Elçibəyin özünün dövründə yaşanmışdı. Azərbaycan xalqı "meydanlardan gələnlər"in bir il ərzində törətdikləri cinayətləri, qanunsuzluqları, xaosu, başıpozuqluğu gördü və yaşadı. "Meydan yuxu"sundan ayılmayanlar bu dövləti uçuruma sürükləyirdi. Onun qarşısını da ulu öndər Heydər Əliyev aldı…
İndiki məqamda isə meydan arzulayanlar başından böyük iddialar irəli sürürlər. Tofiq Yaqublunun hər fürsət düşdükcə qoluna, cibinə girdiyi Əli Kərimli belə mitinq – meydan arzusunun real olmadığını dərk etdi – şələ-küləsini yığışdırıb sosial şəbəkələrə "köçdü". T.Yaqublu isə hələ də həmin "virtual dünya"da başqa-başqa kanallarla özünə "kirayə ev" axtarır…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

