Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillərdən saxta keçidlər göndərilir - Xəbərdarlıq

“Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillərdən saxta keçidlər göndərilir - Xəbərdarlıq

21.06.2023 [17:59]

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Telegram” vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edir.

Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.

Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan “Telegram”da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək, həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər.

Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31