“Qara” bazarda dəyəri 13 milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb
30.06.2023 [09:52]
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də 5300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.
Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Habelə qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

