İmişlidə Polis günü qeyd olunub
30.06.2023 [12:57]
Bu gün İmişli rayonunda “Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilib. İmişli rayon Polis Şöbəsinin inzibati binasında baş tutan tədbirdə RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
Öncə Milli Qəhrəman İmamverdi Əliyevin rayon Polis şöbəsi binasının önündəki büstü ziyarət edilərək gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib. Tədbir Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İmişli rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev çıxış edərək hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da sədaqətlə xidmət edəcəklərini, səmərəli fəaliyyət göstərəcəklərini, həmçinin polis adını şərəflə qoruyacaqlarını vurğulayıb. İmişli RİH başçısı Elçin Rzayev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu qeyd edib. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində Prezident İlham Əliyevin yürütdüyü siyasət durur. Eyni zamanda, siyasətin reallaşmasında xüsusi xidmətləri olan Daxili işlər orqanlarının fəaliyyətini də gözardı etmək olmaz. Ali Baş Komandan deyir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş işləri yüksək qiymətləndirirəm. Polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm". İndi Azərbaycan qatarı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha gözəl gələcəyə doğru istiqamət götürüb. Şübhəsiz, bu qatarın mənzil başına sağ-salamat çatması üçün, onun təhlükəsizliyinin tam təmin olunması üçün Azərbaycan polisi fədakar və şərəfli xidmətlə, adına yaraşan formada müşayiət edəcək. Digər çıxış edənlər qeyd ediblər ki, Polis yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən gəlmiş, polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək öz şərəfli missiyasını layiqincə yerinə yetirmişlər.
Tədbirin sonunda Polis günü münasibətilə bütün Azərbaycan polisləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşları bir daha təbrik edilib, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

