Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göyçayda 34 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb

Göyçayda 34 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb

05.07.2023 [14:36]

Göyçayda 34 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranan mübahisə zamanı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31