Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağda daşa dəyən “fransız oxu”...

Qarabağda daşa dəyən “fransız oxu”...

08.07.2023 [13:12]

Fransanın Azərbaycana qarşı tutduğu mövqe də əsassızdır - bütövlükdə beynəlxalq hüquqa qarşı hörmətsizlik bahasına da olsa Fransa yenə də “cəhdlərini” davam etdirməkdən əl çəkmir. Təbii ki, beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən sonra isə intensivləşdirilmiş bu siyasi “gedişlər” ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın Vətən müharibəsindəki qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankafoniya məğlubiyyəti, BMT TŞ-da düşdüyü rəzil durum, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Amma reallıqlar tamam başqa mənzərəni ortaya çıxarıb. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Eyni zamanda, ölkəmizin benəlxalq dəstəyi də kifayət qədər çoxdur. Bunu, Fransanın uğradığı fiaskolar da təsdiqləyir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.

Bəli, Fransada bu gün cərəyan edən bəşəri cinayətlər, insanlığa qarşı qəsd hadisələri məhz bu kimi “tarixə”, “ənənəyə”  söykənir. Dünənindən dərs almayan Fransanın siyasi hakimiyyəti isə bu gün baş verənlərə də barmaqarası yanaşır - hətta məmurlar belə cəmiyyəti sanki antoqonist qüvvə sayır, onların haqlı tələblərini belə dinləmək istəmir. Bunun qarşılığında Fransanın siyasi hakimiyyəti irqi ayrı-seçkiliyi, bölücülüyü, bir sözlə düşmənçiliyi körükləyən  halları dəstəkləyir, onun təbliğatını aparır. Bu kimi yolverilməz hallar təəssüf ki, artıq Fransa üçün ənənəyə çevrilməkdədir. XXI əsrdə belə özünün “müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir - bu, zorakılıq və təcavüzü özündə əks etdirir. Eyni zamanda, müstəmləkə saxlamaq, irqi diskriminasiyaya yol vermək kimi çirkin arzular Fransanın qeyri-demokratik xislətindən xəbər verir. Etdiyi bütün cinayətlərə görə Fransa üzr istəməlidir.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Dövlətimizin başçısı deyib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31