Uşaqları evdə yalnız buraxmayın!
13.07.2023 [12:24]
FHN əhaliyə müraciət etdi...
Şahanə XANKİŞİYEVA
Uşaqları gündəlik həyatda düzgün məişət davranışını öyrətmək hələ erkən yaşlardan vacibdir. Müvafiq qurumların mütəxəssislərinin və valideynlərin əsas məqsədi uşaqlarda məişət tərbiyəsini formalaşdırmaqdır. Uşaqların məişətdə düzgün davranış bacarıqlarına malik olması təbii və texnogen mənşəli hadisələrin daha az olmasına gətirib çıxarar. Axı onlar bizim gələcəyimizdir...
Son zamanlar kütləvi informasiya vasitələrində valideyn diqqətsizliyi və məsuliyyətsizliyi ilə əlaqədar baş verən hadisələrlə bağlı yayılan informasiyaların sayı artıb.
Valideynlər daim öz uşaqlarına qarşı məsuliyyətli və qayğılı olmalıdırlar. Əks təqdirdə, uşaqların itkin düşməsi, bədbəxt hadisələr nəticəsində həyatlarını itirməsi və digər xoşagəlməz hadisələr yaşanır.
Elə bu gün FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olunduğu bildirilib.
Belə ki, son bir ay ərzində FHN-in xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində köməksiz vəziyyətdə qalan 34 uşaq xilas olunaraq ailə üzvlərinə təhvil verilib.
Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə bir daha əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır.
FHN əhalini məsuliyyətli olmağı bildirib. “Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməməyə çağırırıq.”
Xəbər lenti
Hamısına baxMüsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45

