Qalib Azərbaycanla məğlub Ermənistanın fərqi
15.07.2023 [10:23]
Mübariz FEYİZLİ
Müharibədən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi. Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti sırf öz gücünə təmin etdi.
Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin həyatında yeni bir səhifə açılıb. Müharibənin kədərli mirasını aradan qaldırmaq, əraziləri yenidən dirçəltmək missiyası Azərbaycan dövlətinin üzərinə düşüb. Müharibə başa çatandan sonra məğlub Ermənistanın mətbuatında belə bir tezis dövriyyəyə buraxıldı ki, Azərbaycanın geri qaytardığı əraziləri bərpa etməyə imkanları çatmayacaq və bunun üçün ən yaxşı halda onilliklər tələb olunacaq. Bu, ermənilərin yenə də xəstə təxəyüllərinin məhsulu idi. Onların Şuşaya, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, ümumiyyətlə Qarabağa, buradakı abidələrə heç bir bağlılıqları yox idi. Əgər olsa idi, belə genişmiqyaslı dağıntılar törətməzdilər. Xalqımızı isə doğma, əziz yerlərə güclü mənəvi tellər bağlayır. Bu yerlər əcdadlarımızın məskəni olub, gələcəkdə də burada əbədi olaraq azərbaycanlılar yaşayacaqlar.
Güclü Azərbaycan dövləti müharibə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlamaqla erməniləri növbəti dəfə məyus etdi. Burada da qalib Azərbaycanla məğlub Ermənistanın fərqi aydın şəkildə nəzərə çarpır. Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan heç bir iqtisadi inkişafa nail olmayıb. Azərbaycan isə geniş maliyyə imkanlarına malik ölkədir və tam müstəqil siyasət həyata keçirir. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasında da Azərbaycana kənardan yardım, kömək göstərilmir.
"Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infras?ruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

