Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezidentinin Körfəz “turu”...

Türkiyə Prezidentinin Körfəz “turu”...

18.07.2023 [10:55]

Səfər böyük geopolitik əhəmiyyət daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 17-də Körfəz ölkələrinə səfəri başlayıb. Üç günlük səfər çərçivəsində 50 milyard dollardan çox investisiya sazişinin imzalanması nəzərdə tutulub. Türkiyə liderinin Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda da iştirak edəcəyi bildirilib. Görüşlərin nəticələrinə əsasən bir çox sahələrdə (tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı) müqavilələrin bağlanması planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda vitse-prezident Cevdet Yılmaz və xəzinə, maliyyə naziri Mehmet Şimşək də Körfəz bölgəsinə səfər edərək bir sıra istiqamətlərdə danışıqlar aparmışdılar.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Körfəz ölkələri ilə münasibəti yüksək pilləyə çatıb: “Məhz, cənab Ərdoğanın hakimiyyəti dövründə Türkiyə ərəb dünyası ilə münasibətlərində özünün geopolitik maraqlarının nəzərə alınmasına nail olub. Bu gün, Körfəz ölkələri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin regional gücdən, qlobal gücə çevrildiyinin fərqindədir. Ona görə də, həmin ölkələr bütün proseslərdə mütləq şəkildə Türkiyə faktorunu nəzərə almaq məcburiyyətindədirlər”.

Politoloq Rəcəb Tayyib Ərdoğanın körfəz ölkələrinə səfərinin böyük əhəmiyyət daşıdığını da vurğulayıb: “Çünki Türkiyə bu gün həm Misir, həm də BƏƏ ilə əlaqələri inkişaf etdirməyə doğru gedir. Hətta xarici mediada Suriya rəhbərliyinin də Türkiyə ilə danışıqlar aparmaq və bu dövlət ilə əlaqələri yaxşılaşdırmaq istəyi ilə bağlı məlumatlar da yayılıb. Hesab edirəm ki, bütün bu hadisələr fonunda Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri həm tarixi, həm də çağdaş geopolitik situasiya baxımından mühüm əhəmiyyətə malikdir”.

GÜLAY

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31