Laqeyd qalmaq olmaz...
20.07.2023 [12:05]
Günel ABBAS
"İnsanlığa və təbiətə zidd olan bu fəaliyyət Yer kürəsinin ekosisteminə də ziyan vurur. Bu proses yalnız regional mahiyyət daşımır, təkcə Ermənistanın özünün ətraf mühiti və əhalisi üçün təhlükəli deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Özünü dünyaya “qədim xalq” kimi sırıyan bu toplum hələ də orta əsrlərdə və onlardan əvvəl yaşamış vəhşi barbar tayfalara xas davranış sərgiləyir. Bu əməllər həm insanlara, həm tarixi və mədəniyyət abidələrinə, həm də ətraf mühitə, flora və faunaya qarşı törədilir. Ola bilər ki, Ermənistan ətraf mühitə, öz vətəndaşlarının sağlamlığına laqeyddir. Amma biz, Azərbaycan ictimaiyyəti qlobal ekoloji fəlakətə səbəb olan cinayətkar əməllərə laqeyd qala bilmərik. Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən “əməliyyatları” ilə bağlı yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir, yüksək zəhərli kimyəvi tullantılar demək olar bütün transsərhəd suları çirkləndirir, floraya, faunaya, torpaq, hava və su strukturlarına dağıdıcı təsir göstərir, ekosistemin deqradasiyasına səbəb olur. Azərbaycan tərəfinin əlində deyilənlərlə bağlı kifayət qədər sübutlar və əsaslandırılmış faktlar var. Bunun ən birinci sübutu kimi məhz 30 illik işğal dövründə Şərqi Zəngəzur və Qarabağda törədilmiş vəhşiliklərdir. Vətəndaşlarımızın daşı-daş üstə qalmayan ev-eşikləri, tarixi və mədəniyyət abidələri bir yana, hətta meşələrimiz də qırılıb, çaylarımız da çirkləndirilib, fauna tamamilə məhv edilib. Cəzasızlıqdan ruhlanan Ermənistanın cinayətkar rejimi bu gün də öz çirkin əməllərini davam etdirir, Qafan dağ-mədən kompleksində, Göyçə Daşdəm qızıl mədənində, Axtala mədənində, Qafan manqan zavodunda, Ellər (Qotayq) metallurgiya zavodunda, Amuldağ (Amulsar) qızıl yatağında və digər yerlərdə aparılan əməliyyatlar transsərhəd suları çirkləndirir, sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır”.
Bu barədə yeniazerbaycan.com-a Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib.
Ə.Abbasbəyli qeyd edib ki, bu gün əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, digər nüfuzlu təşkilatların və beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir: “Ermənistan bu əməlləri ilə BMT-nin “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” Protokolunun, “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini kobud şəkildə pozaraq, saymamazlıq nümayiş etdirir”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

