İvanovka kəndində bir gün
22.07.2023 [15:39]
Bugünkü səfərimiz İsmayıllı rayonunda yerləşən İvanovka kənd Mədəniyyət Sarayına olacaq. Bakıdan 3 saatlıq yolçuluqdan sonra, nəhayət İvanovkadayıq. Havası paytaxtımızla müqayisədə bir qədər sərin olsa da, Günəş ən təpədən bizi salamlayırdı.
İvanovka kəndi...
Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri Mehman İsmayılov və qurumun heyəti, eləcə də bir qrup jurnalistlə mənzərəni seyr edə-edə gəldik çatdıq sözügedən məkana... Əksəriyyətimiz bu kəndə birinci dəfədir ki, səfər edirdi. Diqqətimizi bir-birinə bənzər və özünəməxsus evləri çəkirdi. Həmkarlarımdan birinin təbirincə desək, sanki evlər xətkeşlə çəkilmiş kimi simmetrik idi. Bir metr belə önə çıxan ev görə bilməzdin. Həqiqətən də fərqli bir mühitə düşdüyünü burdakı evlərdən aydın hiss edə bilirdin. Bir düşünün, keçmişə səyahət edirsiniz, amma təqvim 2023-cü ili göstərir. Bunun özü də bir möcüzə olsa gərək...
Oraya üz tutarkən xəyallarımızdan biri də əhalisi ilə görüşüb söhbətləşmək idi. Jurnalistlərin işi-peşəsi budur axı. Özünə söz adamı tapsın, gördüklərini qələmə alsın... Lakin belə olmadı. Demək olar ki, kənddə əhali gözə dəymirdi. Hər tərəf sükut içində idi. Küçələrdə nə insan görə, nə də avtomobil səsi eşidə bilərdin. Bəs hanı milli geyimdə olan nənələr, qapı kəndarında oturub fikrə gedən babalar? Görünür, havanın isti keçməsi ilə əlaqədar olaraq hazırda hər kəs evində istirahət edir. Əgər yerli camaatla söhbət etmək istəyirsinizsə, buraya bazar günləri gəlin. Çünki həmin gün hər kəs bir nəfər kimi ibadət etməyə gedir. Bir az məyus olmuşduq ki, qarşımıza kəndin 3-5 sarışın, rənkli gözlü uşaqları çıxdı. Onları görcək üzlərimizdə dərhal təbəssüm yarandı. Hər birimiz sorğu-sualara tutmaq, şəkillərini çəkmək üçün növbəyə dayanmışdıq. Yarı rus, yarı Azərbaycan dilində danışmağa, uşaqları danışdırmağa çalışırdıq. Görünür, uşaqlar bu diqqət selindən çox da razı qalmamışdılar, amma daha sonra isti münasibət göstərməyə başladılar. Kameranın obyektivinə “privet” deyib oynamaqlarına davam etdilər. Biz də çox vaxt itirmədən yol aldıq Saraya...
Bir qədər tarixi barədə...
Məlumat üçün bildirək ki, Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. 2018-ci ilə qədər bina yarasız vəziyyətə vəziyyətə düşmüş və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı. Binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.
Şəkillər özü danışır!
Bura adət-ənənələrin məbədi kimiydi. Hansı tərəfə dönürdünsə, tarixin bir səhifəsini vərəqləyirdin... Həmin tarixi bir-bir vərəqlədik və gördüklərimizi fotokameranın yaddaşına həkk etdirdik. Yaxşısı, biz susaq, o şəkillər danışsınlar!
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31

