Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Timsah göz yaşları...

Timsah göz yaşları...

28.07.2023 [10:17]

Onlar nəyə və niyə ağlayırlar?

MÜBARİZ

AXCP sədri Əli Kərimli və qondarma “milli şura”da ətrafına yığdığı kiçik dəstənin üzvləri sosial şəbəkələrdə yeni kampaniyaya başlayıblar. Real və virtual meydanlarda “meydan sulamağa” can atan ünsürlər yenidən xaos çağırışları edirlər. Daha dəqiq, bir neçə gün bundan əvvəl Qubad İbadoğlunun saxlanılmasını fürsət kimi dəyərləndirərək qeyri-qanuni çağırışlar edir, ajiotaj yaratmağa çalışırlar.

Hüquqi məsələni siyasiləşdirmək cəhdi...

Əslində, nə baş verib və Qubad İbadoğlu niyə həbs olunub? Verilən rəsmi açıqlamada AXCP-nin və qondarma “milli şura”nın ətrafında şou düzəltməyə çalışdığı həbsin hüquqi əsaslarına aydınlıq gətirilib.  Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Məlumatın məzmunundan da göründüyü kimi, Q.İbadoğlunun həbsi ətrafında hay-küy salmağa, baş verənlərə siyasi rəng qatmağa heç bir əsas yoxdur. Azərbaycan hüquqi dövlətdir və hər kəs də əməllərinə görə məsuliyyət daşıyır.

Xalqı təhqir və şantaj etmək mənəviyyatsızlıqdır

AXCP sədri Əli Kərimli və onun başına yığdığı dəstənin təmsilçiləri  isə “bulanlıq suda balıq tutmağa çalışırlar”.  Bu günlərdə Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərləri sosial şəbəkələrdə Q.İbadoğlunun həbsi fonunda qeyri-qanuni çağırışlar edir, insanları dövlətə qarşı çıxmağa, qanunlara riayət etməməyə çağırırlar. Hələ bununla kifayətlənmir, Azərbaycan cəmiyyətini “şüursuzluq”da ittiham edirlər. Xalqı “bayağı əyləncələrə meyilli” toplum kimi təsvir etməklə siyasi şüura sahib olmadığını, düşünə bilmədiyini iddia edirlər. Bir sözlə, Azərbaycan xalqını təhqir və şantaj etməkdən çəkinmirlər.

Autsayderlər zolağında və ya nifrətin səbəbi

Belə əsassız iddiaların  və mənəviyyatdan, milli təəssübkeşlikdən kənar səslənmələrin - sərsəmləmələrin arxasında onların əsl simaları və gerçək niyyətləri aydın görünür. Radikallar saxta göz yaşarı axıdırlar. Onların məqsədi Q.İbadoğlunu müdafiə etmək deyil. Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimiləri ölkəmizin siyasi həyatında autsayderlər zolağında yer alırlar. İnsanlar onların nə özlərini, nə də çağırışlarını ciddiyə alırlar. AXCP-də və qondarma “Milli şura”da yer alanların cəmiyyətimizə, xalqa qəzəb və nifrəti də məhz buradan qaynaqlanır. Onlar bir həbsin ətrafında şou yaratmaqla, əslində, özünüreabilitasiya məqsədi güdürlər və bundan ötrü ən alçaq vasitəyə əl atmağı - cəmiyyəti, xalqı aşağılamağı belə özlərinə rəva bilirlər. Reallıq budur!

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31