Aİ Belarusa qarşı sanksiyaları sərtləşdirəcəkmi?
29.07.2023 [11:15]
GÜLAY
Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi Belarusa qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır və bu barədə müzakirələr aparılıb. Əgər kompromis əldə olunarsa, yazılı prosedura strat veriləcək və bir neçə gün ərzində sanksiyalar tətbiq olunmağa başlayacaq. Qeyd edək ki, sanksiyaların razılaşdırılması prosesi bir neçə aydır ki, uzanır və hazırda razılığın əldə oluna biləcəyinə dair heç bir təminat yoxdur.
Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi siyasi müstəvidə hansı dəyişikliklərə gətirib çıxara bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün Belarusun müxtəlif sahələrdə Rusiya ilə əməkdaşlığını dərinləşdirməsi Qərbi, xüsusilə də Avropa İttifaqını çox narahat edən məqamlardan biridir: “Qərb özəlliklə “Vaqner” qüvvələrinin Belarusda yerləşdirilməsindən sonra bu məsələdə daha kəskin və sərt mövqe nümayiş etdirməyə çalışır. Son dövrlər Polşanın Belarusdan gələ biləcək təhdidlərlə bağlı həyəcan təbili çalması da, Qərbi hərəkətə keçirən nüanslardan biri kimi yadda qalıb. Bu səbəbdən sanksiyaların sərtləşdirilməsi, əlbəttə ki, Belarusun Rusiya ilə daha sıx münasibət qurmasına səbəb olacaq”.
T.İsmayılov sanksiyalar tətbiq edilməsə belə, hazırki Lukaşenko hakimiyyətinin Qərblə uzlaşmasının qeyri-mümkün olduğunu deyib. Onun fikrincə, bu fakt Qərbin özünə də aydındır. Ona görə də Qərb, Belarusu bu tip iqtisadi-siyasi sanksiyalarla bir növ qorxutmağa çalışır. “Bunun üçün əlində olan bütün vasitələrdən maksimum dərəcədə istifadə edir. Amma bu sanksiyaların sərtləşdirilməsi Belarus üçün o qədər də ciddi nəticələr doğurmur. Çünki Belarusdakı hakimiyyət sistemi elə qurulub ki, bütün dövlət strukturu və iqtisadi-siyasi vəziyyət Rusiya kapitalından asılı vəziyyətə düşüb”, - deyə politoloq qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

