“Qərbi Azərbaycan” efirdədir...
02.08.2023 [11:28]
Həqiqətlərimiz fərqli formatda çatdırılacaq
Qərbi Azərbaycan İcması Azərbaycanın nüfuzunun və mövqeyinin real görüntüsünü yaratmaqla beynəlxalq səviyyədə addımlar atmaqdadır. İcma Qərbi Azərbaycanda soydaşlarımızın başına gələn müsibətlərin dünyaya çatdırılmasında mühüm xidmətlər göstərir. İcmanın Azərbaycan-Ermənistan sülh danışıqlarının normallaşmasına, soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüququnun tanınmasına qarşı qonşu ölkədə və beynəlxalq aləmdə pozucu hərəkətlərlə bağlı bəyanatları da onun fəaliyyətinə aydınlıq, konkretlik gətirir, mübarizənin kəsərliyini artırır.
Dünəndən etibarən isə İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayıb. İlkin olaraq həftədə 4 dəfə saat 17:00-da iki saatlıq efirdə olacaq kanalın Azərbaycan və rus dillərində buraxılışları nəzərdə tutulub. İcmadan bildirilib ki, gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son 2 əsrdə Qərbi Azərbaycandakı tarixi torpaqlarımızda soydaşlarımıza qarşı sayı-hesabı olmayan etnik təmizləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Onun sözlərinə görə, təkcə 10 milyonluq Azərbaycan xalqı olaraq yox, 50 milyonluq dünya azərbaycanlıları olaraq hamımızın bir nömrəli vəzifəsi Azərbaycanın suveren ərazilərinin, ərazi bütövlüyünün təmin olunması idi: “Başlıca hədəf Qarabağ, Şərqi Zəngəzur torpaqlarının erməni işğalından azad olunması idi. 2020-ci il 27 sentyabrda başlanan əks-hücum əməliyyatı zamanı müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son 2 əsrdə ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı düşməndən azad edə bildik. Böyük bir Zəfər qazandıq.
Artıq bizim qarşımızda tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaq uğrunda mübarizə aparmaq üçün gerçək perspektiv yarandı. Qərbi Azərbaycan İcması kimi yenidən təşkilatlanaraq fəaliyyətimizi siyasi-diplomatik yöndə davam etdirməyə qərar verdik. Ötən il 24 dekabrda Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasına gəldi. Dövlət başçısının burada proqram xarakterli çıxışında, qarşımızda yeni vəzifələr, tapşırıqlar qoyması artıq bizim fəaliyyətimizi tamam yeni bir mərhələyə yönəltdi. İndi isə faəliyyətimizi yeni bir sferada da davam etdiririk. “Qərbi Azərbaycan TV”-nin fəaliyyətə başlaması bunun əyani sübutudur. Məlumdur ki, Qərbi Azərbaycan İcması bu günə qədər həqiqətlərimizi dünyaya çatdırmaq üçün mütərəqqi addımlar atıb. Sevindirici haldır ki, bu həqiqətlərimizi fərqli tribunadan, internet televiziyamız vasitəsilə çatdıracağıq”.
Ü.Zülfiqar qeyd edib ki, TV-də bir-birindən maraqlı süjetlər, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlər, soydaşlarımızın ağrı-acısını əks etdirən insan hekayələri yayımlanacaq: “İzləyicilərin son 200 ildə soydaşlarımızın, tarixi-mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanı olacaq”.
Qərbi Azərbaycan İcmasının üzvü, deputat Anar Məmmədov bildirib ki, İcma Azərbaycanla bağlı həqiqətləri dünyaya bəyan etməklə uğurlu addımlar atmaqdadır: “Artıq həmin addımlardan biri də “Qərbi Azərbayan TV” internet televiziyasının fəaliyyətə başlaması oldu. Yaxın zamanlarda televiziyanın ingilis dilində yayımlanması da planlaşdırılır. Bu isə ermənilərin törətdiyi cinayətlərin beynəlxalq müstəvidə şərh olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar öz məqsədimizə çatmaq uğrunda inamlı mübarizəmizi gücləndirir və İcmamızı öz hədəfinə sürətlə yaxınlaşdırır. Qərbi Azərbaycan həqiqətləri artıq ciddi beynəlxalq dəstək qazanır. Ümid edirəm ki, internet televiziyası da İcma kimi mühüm və mütərəqqi addımlar ataraq haqq səsimizi dünyaya çatdıracaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

