Ermənistanın manipulyasiyalarına qarşı
02.08.2023 [14:50]
Spiker xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb
Günel ABBAS
44 günlük Vətən müharibəsinin ardından Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb. Buna baxmayaraq ötən dövr ərzində Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycana qarşı hərbi təxribatlarını və onun daxili işlərinə müdaxilələri davam etdirib, eyni zamanda, Qarabağ erməniləri ilə dialoqun irəliləməsinə maneçilik törədib. Ermənistan təxribat törətməklə paralel olaraq həm də beynəlxalq mühiti manipulyasiyaları ilə bağlı təsir altına salmaq cəhdləri edir. Azərbaycan öz növbəsində bu manipulyasiya cəhdlərinə mane olmaq üçün beynəlxalq təşkilatlara, xarici ölkələrin rəhbərliklərinə müraciət məktubları ünvanlayır.
Yeri gəlmişkən, avqustun 1-də Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktubda 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurması qeyd olunub: “Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunub. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan icazəsiz istifadə etməyə cəhdlər göstərilməsi bu ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə real münasibətini, sülh prosesinə nə dərəcədə sadiq olduğunu bariz şəkildə nümayiş etdirib.
Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən son dövrdə irəli sürülən iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiyadır”.
Onun sözlərinə görə, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmiş və bu təklif beynəlxalq səviyyədə də dəstək alıb: “Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Məqsəd sülh prosesini pozmaq və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaqdır. Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirib və bu istiqamətdə səylərini davam etdirəcək. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərinin hüquqları ölkə Konstitusiyası və qanunları əsasında təmin olunacaq. Hesab edirik ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir”.
Qeyd edək ki, Ermənistanın manipulyasiyalarına qarşı müxtəlif ölkələrə parlament üzvləri tərəfindən davamlı şəkildə məktublar ünvanlanmaqdadır. V.İskəndərov bildirib ki, Argentina-Azərbaycan işçi qrupunun sədri kimi Argentina parlamentinin işçi qrupuna rəsmi müraciət ünvanlayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

