Parlamentin açıq məktubu...
03.08.2023 [11:10]
Fransanı etiraf etməyə çağırırıq!
Günel ABBASOVA
Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirir. Çünki xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir. Ancaq Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkməməsi əməkdaşlıq və sülh mühitinə mane olur. Bununla yanaşı, ermənilərin yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlərin uğursuzluğa məhkum olduğuna şahidlik edirik.
Son günlər ölkə parlamenti tərəfindən bu mövzu ilə bağlı beynəlxalq aləmə müxtəlif məktublar ünvanlanmaqdadır. Avqustun 1-də Milli Məclisinin deputatları növbəti açıq məktubu Fransa ilə bağlı ünvanlayıb. Məktub Milli Məclisin 40 üzvünün imzası ilə yayılıb.
Deputat Soltan Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktubda 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasından bəhs edilib: “Qeyd edilib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində yaşayan erməni sakinlər bu yoldan maneəsiz istifadə edir. Bildiyiniz kimi, indiyə qədər iki min nəfərdən çox erməni sakinin Laçın sərhəd-keçid məntəqəsindən keçidi qeydə alınıb. Milli Məclisin deputatlarının açıq məktub ünvanlamaqda məqsədi vəziyyətlə bağlı həqiqətləri, reallıqları dünyaya çatdırmaqdır. Bu reallıq da ondan ibarətdir ki, Laçın yolundan istifadə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ermənistanın ardıcıl təxribatları, o cümlədən Azərbaycan sərhədçisinin yaralanmasına səbəb olan insident, suveren ölkənin ərazisinə icazəsiz yük avtomobillərinin göndərilməsi cəhdləri vəziyyəti gərginləşdirmək üçün atılmış addımlardır. Azərbaycan iri həcmli humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib, əgər həqiqətən məqsəd humanitar yükləri çatdırmaq olsaydı Ermənistan bu təklifdən imtina etməzdi”.
Deputat bildirib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni vətəndaşlarımızın bütün ehtiyaclarını təmin etməyə hazır olduğunu dəfələrlə bəyan edib: “Lakin bu təklif də düzgün dəyərləndirilmədi. Bütün bu faktlar bir daha təsdiq edir ki, Ermənistan tərəfinin məqsədi sadəcə, süni ajiotaj yaratmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaqdan ibarətdir. Milli Məclisin deputatlarının açıq məktubunda bu məsələlərlə bağlı da konkret faktlar öz əksini tapıb”.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamenti beynəlxalq ictimaiyyətin obyektiv və dolğun məlumatlandırılması üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışır. Milli Məclisin parlamentlərarası işçi qrupları adından xarici ölkələrin parlamentlərinin Azərbaycanla dostluq qruplarına da müraciətlər göndərilib. Eyni zamanda, Milli Məclisin sədri Ermənistanın manipulyasiyaları ilə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb: “Azərbaycanın məsələ ilə bağlı kifayət qədər aydın və konkret mövqeyi var. Bu mövqe beynəlxalq hüquqa əsaslanır. Laçın yolu Azərbaycanın suveren ərazisidir. Ona görə də Ermənistanın vəziyyəti gərginləşdirmək, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyasına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atır. Beynəlxalq ictimaiyyətdə bu prosesə öz töhfəsini verməli, ayrı-ayrı ölkələr vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir “.
Milli Məclisin üzvü Elnur Allahverdiyev bildirib ki, Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyi yüksək qiymətləndirilir: “Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlib. Son 3 ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istədik. Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyil”.
Deputat Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıb: “Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik. Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir.
Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur. Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

