/ / MEDİA Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb
MEDİA Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb
03.08.2023 [11:39]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”.
Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub.
“Lakin təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş Forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunur.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

