/ / Politoloq: “İslam adı altında fəaliyyət göstərən qüvvələri bu addımlara təhrik edən, məhz “demokratiya”dan bəhs edən Avropa dövlətləridir
Politoloq: “İslam adı altında fəaliyyət göstərən qüvvələri bu addımlara təhrik edən, məhz “demokratiya”dan bəhs edən Avropa dövlətləridir
04.08.2023 [12:49]
Gülay
Uzun müddətdir demokratiya, söz azadlığı kimi təqdim etməyə çalışılan, amma müsəlmanların heysiyyatına toxunmaq və mümkün qədər bölgədəki, xüsusilə də, Avropa ölkələrində məskunlaşan müsəlmanların emosional addımlara təhrik edilməsinə hesablanmış hərəkətləri müşahidə edirik.
Bu barədə qəzetimizə açıqlama verən politoloq Anar Əliyev bildirib.
“Buraya müqəddəs kitabların yandırılması, İslam dinində müqəddəs şəxslərin karikaturalarının çəkilməsi, onların təhqir edilməsi kimi və s. hadisələri aid etmək olar. Çox təəssüf ki, Qərb dövlətləri bunu beynəlxalq hüququn prinsipləri və ifadə azadlığı ilə əsaslandırmağa çalışırlar. Amma unudurlar ki, bu gün dünyada demokratiyanın beşiyi kimi özlərini təqdim etməyə çalışan dövlətlər söz azadlığı, fikir müstəqilliyi termini ilə anarxiyanın fərqini bildikləri təqdirdə bunlar arasında heç bir fərq qoymaq istəmirlər. Çünki beynəlxalq hüququn prinsipləri demokratik dəyərlər tələb edir ki, hər hansı bir insanın, cəmiyyətin azadlıq ölçüsü digərinin azadlığının başladığı nöqtədə dayanmalıdır. Əks halda, bu insan haqları deyil, anarxiya göstəricisidir”.
Politoloq deyib: “İslam adı altında fəaliyyət göstərən qüvvələri bu addımlara təhrik edən, məhz “demokratiya”dan bəhs edən Avropa dövlətləridir. Ona görə də hesab edirəm ki, son dövrlər qanuna zidd addımların artmasının qarşısını almaq istiqamətində Qərb dövlətlərində edilən çağırışlar müsbət qarşılanmalıdır. Danimarkanın, eləcə də İsveçin qanunverici orqanlarının “Quran”ın yandırılmasının qadağan edilməsi ilə bağlı məsələlərin müzakirəyə çıxarması müsbət bir hal kimi qiymətləndirilməlidir. Ona görə ki, insan haqları kiminsə inancının, etiqadının təhqir edilməsinə istiqamətlənə bilməz”.
A.Əliyev hesab edir ki, bu çağırışlar qanunvericilik aktlarında əksini tapmalıdır. Onun sözlərinə görə, saxta “erməni soyqırımının” inkar edilməsi Fransa kimi bir dövlətdə cinayət məsuliyyəti daşıdığı halda, müsəlmanların müqəddəs saydıqlarının təhqir edilməsinin qadağan olunması ilə bağlı heç bir məhdudlaşdırıcı addım atılmayıb: “Düşünürəm ki, əsl demokratik imici formalaşdırmaq, onu təmin etmək üçün bu cür addımların atılması zəruridir. Həm Danimarka və İsveç, həm də məhdudiyyətsiz insan hüquqlarını əllərində şüara çevirən digər dövlətlərdə belə məhdudlaşdırıcı addımların atılması vacibdir. Bu qərarlar təbii ki, ayrı-ayrı dini konfessiyalar, dini inanclar arasında qarşılıqlı hörmət və inam mühitinin formalaşmasına xidmət edəcək. Bu, müxtəlif dinlərin daşıyıcıları və millətlər arasında dialoqun inkişafına da ciddi töhfə verə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

