Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyəti

İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyəti

04.08.2023 [14:00]

 Günel ABBAS

Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Prezidentin İkinci Qarabağ savaşında xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın informasiya müharibəsində uğur qazanmasına gətirib çıxardı.

"Müasir dövr, doğrudan da, informasiya müharibəsi dövrüdür, yəni, döyüşən təkcə ordular deyil. Müharibə zamanı hər iki tərəfin ideologiyası, təbliğat maşını işə düşür. Azərbaycan Vətən müharibəsində Ermənistanın yaydığı uydurma məlumatları məhdudlaşdırır, onlara tutarlı cavablar verirdi. Həmin dövrdə ölkəmizin kütləvi informasiya vasitələri həm xaricə, həm də daxilə yönəlik kifayət qədər uğurlu iş ortaya qoydular. İnformasiya müharibəsində İkinci Qarabağ savaşı zamanı qardaş Türkiyənin media cameəsi də bizə çox kömək etdi, onlar bizimlə, demək olar ki, elə eyni cəbhədə döyüşürdülər. Müharibə həqiqətlərinin dünyaya bəyan edilməsində, düşmənin qara piar xarakterli məlumatlarının yayılmasının qarşısının alınmasında Türkiyənin rolu, sözsüz ki, danılmazdır. Vətən müharibəsi də sübut etdi ki, uğurlu aparılan təbliğat işi, informasiya mübarizəsi düşmən üzərində qələbə qazanmaq üçün zəmin yaradır. Prezident İlham Əliyevin xarici KİV-nin suallarını bir neçə dildə səlis şəkildə, səbirlə və dəqiq cavablandırması Azərbaycanın informasiya müharibəsində qələbə qazanmasını təmin etdi. Bu uğurlu proses postmüharibə dövründə də davam etdirilir”.

Onun sözlərinə görə, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsili və fərdi inkişafı vasitəsilə Vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin mühüm rolunu, onların bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyətini və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyini vurğulayıb: “Bu gün hər bir azərbaycanlı kimi qarşımızda erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar”.

“Erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında gənclərin məlumatlılığının artırılması vacibdir. İşğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüb və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. Gənclər olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir”, - deyə C.Osmanov söyləyib.

Deputat qeyd edib ki, mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik: “Eyni zamanda, gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki inkişaf edən dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Qeyd etdiyim kimi, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu kontekstdə sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə  öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməli, müsbət nümunə yaratmalıyıq”.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31