Daha bir qrup ukraynalı uşaq Azərbaycanda
05.08.2023 [11:30]
Müharibə dedikdə göz önündə dəhşətli mənzərələr - ölüm-itim, yanğınlar, dağıntılar canlanır. 2022-ci ilin fevralından başlayan və hələ ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi öz arxasınca son dərəcə kədərli izlər buraxır. Bir vaxtlar çiçəklənən kəndlər, şəhərlər xarabazarlığa çevrilir, iqtisadiyyat, infrastruktur dağılır. Artıq milyonlarla insan doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb və dünyanın müxtəlif ölkələrinə sığınıb. İlkin dəyərləndirmələrə görə, müharibədən sonrakı mərhələdə Ukraynanın bərpasına 750 milyard dollardan çox vəsait lazım gələcək. Müharibə davam etdikcə dağıntıların miqyası daha da genişlənir
Müharibənin ən ağır fəsadı - uşaqların taleyinin qırılması
Müharibənin fəsadlarını ən çox və ən ağrılı hiss edənlər isə uşaqlardırlar. Çox təəssüf ki, bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI əsrdə Ukraynada uşaqlar müharibə faciəsini yaşayır, qanlı səhnələrə şahidlik edirlər. Onlar qayğısız, şirin uşaqlıq həyatından məhrum qalıblar - uşaq bağçalarına, məktəblərə, qalereyalara, sərgilərə getmək əvəzinə, sığınacaqlara üz tutmaq, səhərlər yuxudan həyəcan siqnalları ilə oyanmaq məcburiyyətində qalırlar...
Bir qədər bundan əvvəl artıq bir il yarımdır ki, dəhşətli döyüşlərin getdiyi Ukraynada ölən, itkin düşən və oğurlanan uşaqların sayı açıqlanıb. Verilən məlumatlara görə, müharibə başlayandan bəri 496 ukraynalı uşağ həyatını itirib. Raket hücumları, top atəşləri və digər hərbi əməliyyatların nəticəsində 1 068 uşaq xəsarət alıb. Min azyaşlı itkin düşmüş hesab olunur. Ukrayna hakimiyyəti ölkədən qaçırılan 20 minə yaxın uşağın yerinin müəyyən edildiyini açıqlayıb. Ümumilikdə, yalnız 385 uşağı qeyri-qanuni deportasiyadan geri qaytarmaq mümkün olub və bu, əslində uşaq əsirliyidir. Ukraynanın Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Snequbov təkcə təmsil etdiyi bölgədən müxtəlif bəhanələrlə 450 uşağın çıxarıldığını bildirib. Onların yaranmış vəziyyətdən istifadə edilərək oğurlandıqları iddia olunur. “Doğrudur, uşaqların bir hissəsini geri qaytarmışıq. Söhbət 50 azyaşlıdan gedir. Digərlərinin, təxminən yarısının - 200-ə yaxın uşağın harada olduğunu bilirik. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla birlikdə sistemli şəkildə işləyirik. Amma 150-200 uşağın harada olduğu barədə məlumatımız yoxdur. Axtarışlarımız davam edir. Bu məsələni də həll etməliyik”, - deyə Oleq Snequbov əlavə edib.
Rusiya tərəfi də Ukraynada müharibənin fəsadları ilə üzləşən uşaqlarla bağlı məlumat yayıb. Həmin məlumatda 700 minə yaxın uşağın “xilas edildiyi” bildirilir.
Azərbaycanın humanitar yardımı
Müharibənin ağrı-acısı Azərbaycan xalqına yaxşı bəllidir. Xalqımız üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalıb. Ərazilərimizin 20 faizi işğal altına düşmüşdü, bir milyondan çox soydaşımız ən zəruri əşyalarını belə götürmək imkanından məhrum edilərək doğma yurd yerlərindən qovulmuşdu. Bu insanlar uşaqları ilə birlikdə çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış binalarda yaşamaq məcburiyyətində qaldılar. Yalnız 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal faktına son qoydu. Artıq qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə qayıdışı başlayıb.
Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini öz taleyində yaşayan Azərbaycan xalqı Rusiya-Ukrayna müharibəsinin davam etməsinə biganə qalmır. Müharibə başlayandan bəri respublikamızdan bir neçə dəfə Ukraynaya humanitar yardım, o cümlədən dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət yüklər yola salıb. Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya növbəti yardım karvanı cari ilin iyun ayında göndərilib. Humanitar yükü aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.
Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.
“Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir”. Bu sitat isə 17 iyul 2023-cü il tarixində Prezident İlham Əliyevin Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında imzaladığı Sərəncamda yer alıb. “Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir”, - deyə Sərəncamda vurğulanır. Sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Heydər Əliyev Fondundan ukraynalı uşaqlara dəstək
Azərbaycan dövləti ilə yanaşı, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da Ukraynaya humanitar yardım göstərilməsi kampaniyasında iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qurum dost ölkədə müharibə fəsadları ilə üzləşən uşaqlara dəstək verir. İndiyədək Fond tərəfindən bu məqsədlə bir neçə dəfə humanitar aksiya keçirilib. Qurumun dəstəyi ilə 2022-ci ilin avqustunda 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum qalmış 28 ukraynalı uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gətirildi. Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirildi. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstərilib.
Belə tədbirlər davamlı hal alıb. 2023-cü il 15 iyul tarixində Səhiyyə Nazirliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub. Aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Klinikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.
Səfir Vladislav Kanevskiy Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir bu kimi tədbirlərin əvvəllər də təşkil olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov Azərbaycan dövləti tərəfindən Ukraynadan qaçqın düşən ailələrə davamlı dəstək göstərildiyini bildirib. Qeyd edilib ki, uşaqların müayinəsinin məqsədi onların sağlamlığının qayğısına qalmaqdır. H.Cavadov müayinədə, həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin hazırda Bakıda olan uşaqlarının da iştirak etdiyini vurğulayıb. Klinikanın baş direktoru F.Eyvazov Azərbaycan dovləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb və onların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Ukraynalı uşaqlar üçün 14 günlük reabilitasiya tədbirləri
Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq bu günlərdə Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

