Xəzərdə ən böyük donanmalardan biri...
05.08.2023 [12:30]
Azərbaycan Hərbi Dəniz Qüvvələri
Yeganə BAYRAMOVA
Hər bir ölkənin təhlükəsizliyi üçün güclü müdafiə qüvvələrinin olması vacib faktordur. Müasir dünya reallığı belə bir həqiqəti aksiomaya çevirib: beynəlxalq hüquqa, onun norma və prinsiplərinə rəğmən, dövlətin kənar təhdidlərə effektiv müqaviməti müdafiə qüvvələri sayəsində mümkündür. Ölkələrin müdafiə strategiyası və milli təhlükəsizlik konsepsiyasında, xüsusilə hərbi dəniz qüvvələrinin əhəmiyyəti böyükdür. Bu gün hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək təhlükənin qarşısını almağa qadirdir. Onlar bu istiqamətdə özlərini inkişaf etdirməkdədirlər.
44 günlük Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarını Hərbi Dəniz Qüvvələrinin gücü kimi xarakterizə etmək olar. Belə ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq və qəhrəmanlıq göstərdilər. Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. 2020-ci il oktyabrın 25-də ölkə başçısına Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran məhz Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi...
Yeri gəlmişkən, avqustun 5-i Azərbaycan Hərbi Dəniz Donanması Günüdür. Bu barədə ümummilli lider Heydər Əliyev 1996-cı ildə Fərman imzalayıb. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Hərbi Dəniz Qüvvələri olmadan milli maraqlar və dəniz sərhədlərinin təhlükəsizliyinin qorunması haqqında danışmağa dəyməz. Dənizdən ola biləcək təhdidlərin qarşısının alınması, dövlətin maraqlarının qorunması Hərbi Dəniz Qüvvələrimizin fəaliyyətinin əsasını təşkil etməlidir: “Yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub. Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində İlham Əliyev şəxsi heyət qarşısında çıxış edərək bildirmişdi: “Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaq”. Geridə qalan illər ərzində bizlər bu diqqəti daim hiss etmişik və etməkdəyik”.
Ə.Verdiyev qeyd edib ki, Hərbi Dəniz Qüvvələri güclü hərbi struktur olaraq, dünya dövlətlərinin hərbi dəniz qüvvələriylə ikitərəfli və çoxtərəfli əlaqələr saxlayır: “İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb. Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi. Şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər. Bu gün Hərbi Dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

