Onlar qayıdacaqlar!
08.08.2023 [10:20]
Nüvədilər doğma torpaqlarından deportasiyanın 32-ci ildönümü ərəfəsində görüşüblər
Nardar BAYRAMLI
Qərbi Azərbaycan İcmasında (QAİ) “Heydər Əliyev İli” çərçivəsində Qərbi Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərinin xatirə görüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov nüvədililəri salamlayıb. O, Qərbi Azərbaycan İcmasının təşkilatlanma prosesi barədə məlumat verərək bildirib ki, bölgələrdə bu istiqamətdə ciddi işlər gedir. Q.Qasımov bu tədbirin Nüvədi əhalisinin dogma torpaqlarından deportasiyasının 32-ci ildönümü ərəfəsində keçirildiyini xatırladıb.
Sonra tədbirdə ulu öndər Heydər Əliyevin Nüvədi və onun əhalisi haqqında söylədiyi fikirlərlə bağlı video-çarx nümayiş olunub.
QAİ-nin Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, akademik Fikrət Əliyev çıxış edərək, ?mummilli ?ider Heydər Əliyevin nüvədililərə olan diqqət və qayğısından danışıb. Bildirib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti ?lu ?ndər Heydər Əliyev yüksək qiymətləndirərək deyib: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə Nüvədidən çıxmırdılar. Onları sonra zorla oradan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxarda da bilmirdilər”. Fikrət Əliyev 1991-ci ildə Nüvədi əhalisinin çətin zamanlarında o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevlə bir gün ərzində yeddi dəfə telefonla danışdığını, bunun nəticəsi olaraq Ulu Öndərin nüvədilələrə dəstək göndərdiyini xatırladıb.
Fikrət Əliyev, həmçinin Mehrinin Nüvədi kəndinin icmasına şəhid atası Məhərrəm İbadovun rəhbər təyin olunduğunu bildirib.
Göstərilən etimada görə təşəkkür edən Məhərrəm İbadov çıxışında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən danışıb. M.İbadov onu da qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizin ən mühüm hadisələrindən biridir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu çıxışında ulu öndər Heydər Əliyevlə görüşlərini, xatirələrini bölüşüb. O, eyni zamanda, Qayıdış Konsepsiyasından danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı İcmanın bir qrup ziyalısı ilə görüşündə dövlətimizin başçısının Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması, soydaşlarımızın geri qayıdış hüququ barədə səsləndirdiyi fikirlərin önəmindən danışıb. “Qayıdış Konsepsiyası zaman-zaman reallaşacaq və biz də bunun şahidi olacağıq. Biz ötən il “Şuşa İli”ni qeyd etmişik, bu ili isə “Heydər Əliyev İli” kimi qeyd edirik. Ümid edirik ki, gələn ili də “Zəngəzur İli” kimi bir yerdə qeyd edək”, -deyə Alqış Həsənoğlu vurğulayıb.
YAP Təftiş Komissiyasının üzvü Musa Musayev də çıxışında ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin nüvədililərə qayğısından bəhs edib. O, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Qərbi azərbaycanlıların, o cümlədən Nüvədi əhalisinin dogma yurdlarına qayıdacaqlarına inandığını söyləyib.
BDU-nun professoru İsmayıl Əliyev isə çıxışında Zəngəzurun tarixi və xalqımızın taleyində önəmi barədə fikirlərini bildirib, ulu öndər Heydər Əliyevin bu torpağa olan diqqətindən bəhs edib.
Professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixinə dair çıxış edib. O bildirib ki, Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, həmçinin Baba Hacı ziyarətgahı və digər tarixi, dini, mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Lakin həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olub və məhv edilib. Professor qeyd edib ki, Nüvədi kəndi 1991-ci il avqustun 8-də azərbaycanlıların Qərbi Azərbaycanda sonuncu tərk etdikləri yaşayış məskənidir.
Tədbirdə həmçinin Nüvədi kənd sakinləri - kənd ağsaqqalı Balakişi Həsənov, kənd ağsaqqalı Qulu Quliyev, bəstəkar Sevinc Tofiqqızı, Nüvədi kənd orta məktəbinin müəllimi, təqaüdçü Fərman Qasımov və gənc Şəbnəm Rüstəmova da çıxışlarında Ümummilli Liderin nüvədililərə qayğısından, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun Qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, nüvədililər doğma yurdlarına qayıdacaqlarına inanırlar.
Qeyd edək ki, tədbirdə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşünə və nüvədililərin deportasiya dövrünə dair video-çarxlar da nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

