Kərimli Həsənlini ifşa etdi...
12.08.2023 [10:10]
Gültəkin isə “saxta” şərikliyi ortaya çıxardı
AXCP sədri çabalayan “milli şura”çını batırmağa çalışır
Anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan qondarma “milli şura”nın fəaliyyətinin hər bir epizodu Azərbaycan cəmiyyətinə bəllidir. Xalqın, eləcə də dövlətin milli maraqlarının əksinə mövqe tutan bu qondarma şura sanki yarandığı gündən xəyanət və satqınlıq üzrə “proqramlaşdırılıb”. Zaman-zaman bu xəyanətkar dəstənin “fəslə” uyğun olaraq aktivləşmə və passivləşmə fazalarına daxil olması da aldığı sifarişlərə, ermənipərəst dairələrin əmrlərinə əsaslanır. Zorən müttəfiqliyə, fərqli istiqamətlərə köklənmiş siyasətbazların maddi maraq qarşılığında bir çardaq altına yığılmasına bənzəyən bu nəsnə korporativ mənafeyə xidmət göstərdiyini, antimilli xarakter daşıdığını ilk gündən ortaya qoyub. Ötən dövr ərzində satqınlar klubu olaraq öz adını “doğruldan” qondarma şura bəzi müxalifət nümayəndələrinin maliyyə durumlarını yüksəltməyə xidmət göstərib.
Cəmil Həsənlinin “sədr seçilməsi” ilə isə şura tamamilə Əli Kərimlinin iqtisadi patronajlığı altına keçib. Əslində “marionet sədr” kimi xarakterizə olunan Cəmil Həsənlinin Ə.Kərimlidən “asılı vəziyyətdə” olması bütün çılpaqlığı ilə ortadadır. Ə.Kərimlinin “rəyi” və “feysbuk statusları” “milli şura”nın “fəaliyyət planı” kimi qələmə verilir. Bu isə C.Həsənlinin yalançı sədr olmasının növbəti təsdiqidir.
Cəmil Həsənlinin “kimliyi”...
AXCP sədri Ə.Kərimli ermənipərəst dairələrlə məhz Cəmil Həsənli üzərindən əlaqələr qurur, antimilli mərkəzlərdən onun vasitəsilə maliyyə alır, onun xətti ilə “qidalanır”. Bu faktla bağlı dəfələrlə fərqli insanlar fikirlərini bildiriblər - əsasən isə AXCP üzləri C.Həsənlinin “Qərb turne”lərinin birbaşa ermənipərəst mərkəzlərin əmri ilə həyata keçirdiyini etiraf ediblər. Onun son bir neçə ildə Qərb “siyasətçilərdən” kimlərlə görüşlər keçirdiyini nəzərə alsaq, Həsənlinin bütün “siyasi fəaliyyətinin” məğzi açılmış olar:
- Cəmil Həsənli əsasən ermənipərəst deputatlarla görüşür;
- Azərbaycana və ya Türkiyəyə qarşı qaldırılan qərəzli və yalan “iddaları” gündəmə gətirən, hətta bu “iddiaları” qətnamə halına salaraq qəbul olunması üçün tər və pul tökən şəxslərlə “müzakirələr aparır;
- Anti-Azərbaycan mərkəzlərin tədbirlərində “fəxri qonaq” statusu ilə təmsil olunur.
Amma onun bu “oyununun” artıq üstü açılıb. C.Həsənli anlayır ki, onun ermənipərəstlərlə sinxron olaraq həyata keirdiyi fəaliyyətin bütün ştrixləri hər kəs üçün aydındır - xəyanətkarlığının üstünü ört-basdır edə bilmir. Bu səbəbdəndir ki, həm özünü “sudan quru çıxarmaq”, həm də bəzi məsuliyyətə cəlb edilmiş insanlarla “əlaqələrini” fərqli pərdələr altında gizlətmək üçün yeni yalanlara əl atır...
Londona “dəvət”...
Nədəndirsə, dünənə qədər heç bir “iddiaya” və ya “ittihama” cavab verməyən, tutarlı bir fakt səsləndirə bilməyən C.Həsənli özünün Londondakı “işə dəvət” barədə açıqlamalar verməyə başlayıb. Dünənə qədər “mitilinin bayıra atılmasını” susqunluqla qarşılayan, beləliklə də bu faktın həqiqət olduğunu etiraf edən C.Həsənli artıq özü haqqında “dastan” qoşur. Yalançı postlar paylaşır, özünü “böyük alim” kimi qələmə verməyə çalışır, hətta ona “xaricdə ehtiyacın olması” barədə süni görüntü yaratmaq istəyir. Təbii ki, bəzi xarici dairələr üçün Cəmil Həsənli “maraq kəsb edə bilər” - amma onun “elmi fəaliyyəti” deyil, xəyanətkar fəaliyyəti daha böyük “maraq” kəsb edir. Əsl həqiqət budur. İndiyə qədər C.Həsənli hansı böyük elmi töhfələri ilə yadda qalıb - onun haqqında ara-sıra AXCP-dən qovulub yenidən “bərpası” ilə bağlı informasiyalardan başqa cəmiyyət heç bir maraqlı xəbərə rast gəlməyib. Necə oldu ki, cəmisi bir neçə gün içində Həsənli xarici “təhsil ocaqları” üçün bu qədər “şirin-mataha” çevrildi. Təbii ki, bunun da altında başqa maraqlar və mətləblər yatır...
Cəmilin “gizli planı”...
Bir neçə ay öncə Qubad İbadoğlunun Azərbaycan Gənclərinin Təhsil Fondunu “təsis etməsi” xəbəri yayıldı - bu fond erməni iş adamı Stiven Kandaryanın maliyyə yardımı və bəlli mərkəzlərin “dəstəyi”, Q.İbadoğlu, Arif Məmmədov və Cəmil Həsənlinin “təsisçiliyi” ilə yaradılırdı. Fondun hansı “fəaliyyətlə” yadda qalacağı əvvəlcədən bəlli idi - bu, yeni şəbəkələşmə yaratmaq, yeni anti-Azərbaycan dəstə formalaşdırmaq və burada da azərbaycanlı gənclərdən istifadə etmək niyyətinə əsaslanırdı. Başqa sözlə, “pul mənbələri” adıçəkilən şəxslərin əli ilə FETÖ terror şəbəkəsinin “Azərbaycan ayağını” yaratmağa cəhd göstərirdi. “Oxu daşa dəyən” dairələrin planları ifşa edildi - indi bu məsələdə rolu olan Cəmil Həsənlinin isə “mitilinə birə düşüb”. O, xidmət etdiyi mərkəzlərdən “imdad diləyir”, özünü bu kimi şəbəkələrə vacib “alim” kimi tanıtmaq istəyir. C.Həsənlinin əl-ayağa düşməsinin əsl səbəbi budur. O anlayır ki, ermənipərəst mərkəzlərə və başqa xarici maraqlara xidmətçilik etməsi fak?ları hər kəs üçün bəllidir - ona görə də, indidən bu kimi “xaricdən dəvət vərəqələri” oyununa start verir...
Əli Kərimli ifşa etdi - Həsənli Bakıda “qalır”...
C.Həsənlinin koordinatorluğu ilə ermənipərəst dairələrdən bəhrələnən Ə.Kərimlinin onu “dəstəkləməsi” isə məşhur deyimdə olduğu kimi “yalançıya kor şahidlik etmək” kimi bir şeydir. O, sosial şəbəkə postlarında Cəmil Həsənlini “zər”, onu “dəvət edənləri” isə zərgər adlandırır, “zər qədrini zərgər bilər” kimi el deyimlərinə müraciət edir - görəsən, Ə.Kərimli “bu zəri” vaxtilə partiyasından niyə qovmuşdu? Demək ki, Həsənli heç də zər filan deyil - sadəcə, situasiyaya uyğunlaşmaq xatirinə Əli Kərimli onu müdafiə etməyə borcludur. Əks halda Kərimlinin də xaricdən gələn pul “kranı” bağlanacaq.
Amma Kərimli özü də bilmədən Cəmil Həsənlini “ələ verib”. O, sosial şəbəkələrdə bildirib ki, Cəmil Həsənli rəsmi dəvətlərə baxmayaraq nə London Universitetinə, nə də Harvard Universitetinə işləməyə gedəcək - Bakıda qalıb “milli şura”ya sədrlik edəcək. Demək ki, Cəmil Həsənlinin bəh-bəhlə danışdıqları, yaydıqları, paylaşdıqları hamısı yalan imiş - əks halda, onsuz da ilin əksər hissəsini xaricdə yaşayan C.Həsənli bu “dəvəti” qəbul edərdi. Yəni, Ə.Kərimli bu postu paylaşmaqla əslində baş verənlərin “tablosunu” cizib - C.Həsənlinin özü haqda dediyi “yüksək fikirlər”, “xüsusi dəvətlər” hamısı boş şeylərdir, eyni zamanda, Həsənli yenə də Ə.Kərimlinin xarici ermənipərəstlərlə korutorluğunu aparmağa davam edəcək...
Gültəkinin etirafı isə...
C.Həsənliyə “xeyri-dua” verənlərin arasında “milli şura”nın Gültəkin Hacıbəylisi də “gül vurub”. O Qubad İbadoğlunun şübhəli şəxs kimi saxlanılmasına eyham vuraraq, C.Həsənlinin onunla ortaq “layihələrdə” iştirakını “xatırladıb. Yazıb ki, yəqin, C.Həsənli Qubad İbadoğludan “bu sənətin sirlərini öyrənib - “çünki pul kəsmək çox çətin işdir”...
Əslində Hacıbəyli özü də bilmədən bəzi faktların həqiqət oluduğun etiraf edib. Saxta pul kəsmək ilk növbədə saxtakarlıqdır. C.Həsənli ilə Q.İbadoğlunun bəzi məsələlərdə “şərik olması” onların elə saxtakarlığı bir yerdə təbiq etməyə hazırlaşdıqlarını deməyə əsas verir. Eyni mənbələrə istinad edən bu şəxslərin maliyyə qaynaqlarını araşdıranda da anti-Azərbaycan mərkəzlərə gedib çıxılır - Q.İbadoğlunun saxlanılmasına “etiraz” edənlərin kimliyi, keçmişi və fəaliyyəti hər şeyi ortaya qoyur. Kris Smitlərin, Van Hollenlərin və adını çəkməyə lüzum görmədiyimiz “təşkilatların” fəaliyyətlərindəki ermənipərəst ştrixlər G.Hacıbəylinin haqlı olduğunu göstərir. Həqiqətən də onların saxtakarlıq şərikliyi də mühüm tarixi köklərə əsaslanır...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

