Azərbaycanın gənclər siyasəti dünyaya örnəkdir
12.08.2023 [15:19]
Günel ABBAS
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenidən əldə etmiş respublikamızda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir, dövlətçiliyimizə xələl gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr, separatçı mövqedən çıxış edir, Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu: “Yaranmış gərgin vəziyyət, Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və cəbhədəki uğursuzluqlar gənclərimizi də ruh düşkünlüyünə, bədbin əhvali-ruhiyyəyə sövq etmişdi. Dövlət müstəqilliyimizin əldə olunmasında müstəsna rol oynamış, xalq hərəkatının önündə gedərək azadlıq və müstəqillik ideyalarının daşıyıcıları olmuş, Vətənin müdafiəsi torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimiz diqqətdən kənar qalmışdılar.
Məhz belə bir vaxtda gənclərin strateji dövlət maraqlarının təminatçısı olduğunun dərk edilməsi və onlarla yeni məzmunda iş aparılması, dövlət siyasətinin həyata keçirilməsi olduqca vacib idi. Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə yeni hakimiyyətə qayıdan Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət gənclərlə iş sahəsində də ciddi dönüş yaratmağa imkan verdi. Gənclərə qayğı gündən-günə artdı. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradıldı. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə təkmilləşdirilmələrinə, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələrinə qayğı göstərildi”.
Bu fikitləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşıb: “Belə ki, idmanımızın inkişafı da məhz onun sayəsində mümkün olub. Bütün bunlar dövlətin gənclərimizə qayğısının nəticəsidir. 1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti haqqında” Fərman imzaladı. Bu fərmanla geniş tədbirlər planı həyata keçirilməyə başlandı. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb.
Bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində dövlət-gənclər siyasətinin normativ hüquqi bazası formalaşıb. Respublika gənclərinin II forumundan sonra uşaq və gənclərin problemlərinin həllinə, hüquqlarının müdafiəsinə yönəldilmiş 3 qanun qəbul edildi. Respublikamız bu sahədə bir sıra hüquqi konvensiyaya qoşulub. Bütün bunlar bir daha sübut edir ki, gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir və o, ölkə rəhbərinin daimi nəzarətindədir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçımızın onlara olan etimadlarını doğruldur. Qarabağı işğaldan azad edən gənclərin məhz müstəqillik dövrünün yetirmələri olması bu etimadın özünü doğrultmasına ən böyük nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “... sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da gerçəkləşdirəcək, inkişaf etdirəcək və daha işıqlı gələcəyə aparacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21

