Fransanın “ümidi” boşa çıxdı...
12.08.2023 [18:39]
P.İSMAYILOV
Azərbaycanın Vətən müharibəsindəki qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də postmüharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları puç oldu. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankafoniya məğlubiyyəti, BMT TŞ-da düşdüyü rəzil durum, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Amma reallıqlar tamam başqa mənzərəni ortaya çıxarıb. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Eyni zamanda, ölkəmizin benəlxalq dəstəyi də kifayət qədər çoxdur. Bunu Fransanın uğradığı fiaskolar da təsdiqləyir.
Təbii ki, rəsmi Paris bu kimi “yardım oyunlarında” iştirak etməklə özünün korporativ maraqlarını əsas götürür - Ermənistanın, eləcə də Qarabağda yaşayan ermənilərin “əli ilə” regiona girmək istəyir. Bir müddət öncəyə qədər fərqli beynəlxalq təşkilatların adı və missiyası altında regionun nəzarətini ələ alacağını düşünən Fransa buna nail ola bilmədi - Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Ardından Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı cəhdləri də boşa çıxdı. Demək ki, əlac Parisin separtizmi dəstəkləmə cəhdlərinə qalır. Amma bu da boş xəyaldır. Fransa unutmamalıdır ki, yolladığı “yardım tırı” Azərbaycanın suveren ərazilərinin sərhədindədir. Bu sərhəddən içəri Azərbaycan əraziləridir və orada Azərbaycan qanunları hakimdir. Həmin ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları da digər Azərbaycan vətəndaşlarının hüquqları ilə eynidir - bunu Azərbaycan Prezidenti dəfələrlə öz nitqində bildirib. Eyni zamanda, Azərbaycan öz vətəndaşları ilə bağlı məsələni digər ölkələrlə və ya təşkilatlarla müzakirə etmək filrindən uzaqdır. Xatırladaq ki, ötən ilin aprelində baş tutan və Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə Ermənistan bununla bağlı bütün qaranlıq qalan sualları “cavablandırdı” - son 4 ayda isə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımaqla Fransanın canfəşanlığının yersiz olduğunu sübuta yetirdi. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm də Qarabağın suveren Azərbaycan torpağı olduğunu təsdiqləyib. Parisin buraya “yardım” göndərməsinə ehtiyac yoxdur. Azərbaycanın Qarabağ bölgəsinə “humanitar yük” yollamaq əvəzinə Paris öz daxilindəki milli-etnik münaqişələrə, adi insan hüquqlarının pozulmsına, islamofobiyaya, etnik zəmindəki qətllərə diqqət ayırsın...
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

