Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabah Bakıda 42 dərəcə isti olacaq

Sabah Bakıda 42 dərəcə isti olacaq

13.08.2023 [12:55]

Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31