İlham Əliyev Babəkdən Qələbələr və qalibiyyətlər qədər artıqdır
15.08.2023 [09:41]
SƏHL SUMBATLARA!
“Bu saat Azərbaycanda, Azərbaycan ətrafında, eləcə də dünyada Azərbaycanla bağlı o qədər mühüm hadisələr baş verir ki…
…onların hər biri mediamızın ( sosiallı-sosialsız!) ən ciddi təhlil və təbliğ mövzusu ola bilər. 30 illik işğala son qoymuş xalqın Böyük Qələbəsi, ardınca Böyük Quruculuq və Bərpa, keçmiş köçkünlərin az qala hər gün baş verən Yurda Qayıdışı…"
Bu barədə Mirşahin Ağayev özünün fasebook səhifəsindəki paylaşımında qeyd edib.
yeniazerbaycan.com paylaşımı təqdim edir:
"Xocalı soyqırımına, Laçın təsliminə, Kəlbəcər süqutuna, Şuşa alçaldılmasına, kabuslar Ağdamına… ümumiyyətlə Qarabağ FƏLAKƏTİNƏ illərlə mərsiyə demiş, özünü ağlaşmaya öyrətmiş millətin indi, qazandığı Qələbənin ləzzətinə uyaraq o dəhşətli keçmişi unutmağa haqqı yoxdur. Ol-ma-ma-lı-dır!!!
Bu gün xalq, onun hər bir üzvü, sıravisi, adisi, alisi-hər bir üzvü Tarixi Qələbəyə görə Birinci Döyüşçü İlham Əliyev başda olmaqla silahlı qüvvələrə minnətdarııq etməlidir! Nümayşkaranə! Ailəsinin, həyat yoldaşının, övladlarının, doğmalarının, yaxınlarının qarşısında! Ucadan! Hətta var gücü ilə qışqırıraraq! Pıçıltıyla yox, hamı eşitsin deyə yüksək səslə!
Bax bunu etməyi bacarmaqdır Mərdlik! Uğuru qiymətləndirməyi bacarmaqdır Mərdlik! Qaragüruhun bəsit səviyyəsinə enib, bu zümrənin ürəyincə olanları demək, kütlənin aşağı zövqünə uyğun olduğunu sübut etmək, populizmlə məşğul olmaq kişilikdən deyil!
Rasim Balayev deyil qaragüruhun hədəfi! Sosial medianın imkanlarından yararlanan bəsit-populist qanad ağlın, dərrakənin, əsil dövlətçi təfəkkürün, sağlam xalq düşüncəsinim üzərinə ayaq açır! Rasim Balayevin layiq görüldüyü “İstiqlal” ordeni qaragüruhu qıcıqlandırır. Təbiidir! Çünki “İstiqlal”ın bir anlayış olaraq güruh zehniyyətinə dəxli yoxdur! Qaragüruh öz beyni ilə xalqı geriyə, 1991-2020-ci illərin məğlubiyyət ovqatına qaytarmaq istəyir. Çünki, o ovqatın müəllifi elə həmin qaragüruh təfəkkürüdür. Qaragüruh özünü məhz o “atmosferdə” rahat hiss edir. Məğlubiyyət, düşkünlük, ağlaşma məhz qaragüruhun xislətidir. Rasim Balayevi qınamaq da olar, amma məntiqlə! Məsələn, razılaşmamaq olar ki, İlham Əliyevi Babəklə müqayisə etmək uğurlu deyil. Çünki Babək sonda məğlub, hətta edam edilir. İlham Əliyev isə Böyük Tarixi Qələbənin müəllifidir. Öz döyüşçüləri ilə birlikdə! Xalqı ilə birlikdə! Kütlə ilə yox!!! Məhz Xalqı ilə birlikdə. Əgər Rasim Balayevə bənzətməsinin məhz mən dediyim məntiqini irad tutsaydılar, mübarizəsinin sonunda məğlubiyyətə uğramış bir sərkərdə ilə, tərcümeyi-halında bir məğlubiyyət belə olmayan Ali Baş komandanın müqayisəolunmazlığını onun diqqətinə çatdırsaydılar, yəqin ki, ən azı mən bu saat bu statusu yazmazdım. Amma qaragüruh belə düşünmür axı. Onun sosial şəbəkələrdəki bir ovuc qulbeçəsi və qulfərəsi Babək rolunun ifaçısını ona görə linç edir ki, Ustad öz bənzətməsi ilə Prezidentin cəsarətini, 30 il əsarətdə qalmış torpaqlarımızı azad etmək əzmini tərənnüm etmək istəyib. Bax budur, qaragüruhu qəzəbləndirən. Və Böyük Qalib reallığını qəbul etməyə beyni, ürəyi, mərdliyi çatmayanlar, Rasim Balayevə hücum etməklə, əslində qaragüruha, kütləyə sürü ilə yaltaqlanırlar. Bir gün Anara, bir gün Ramiz Rövşənə, bir gün Qurban Qurbanova linç qurduqları kimi indi də bu niyyətlə Rasim Balayevi seçiblər. Niyə? Çünki onlar uğurluları sevmirlər. Onlar komplekslilər, uğursuzlar, bədniyabətlərdir. Rasim Balayev haqlı olaraq kütlənin səviyyəsinə enməyəcəyini deyir! Övladlarını sevgidən yox, uşaq pulundan dünyaya gətirməyu arzu edənlərin təfəkkürü məntiqi sonluğa belə linçlərlə çatmalı idi.
İlham Əliyev Babək deyil.
Babəkdən Qələbələr və Qalibiyyətlər qədər artıqdır. Məsələ tam başqadır: Rasim Balayevin Babəki yenidən Səhl Sumbatlara hədəf olub. Və bu saat Ermənistanın öz havadarları ilə birlikdə Azərbaycanı təhdid etdiyi bir vaxtda Rasim Balayevin bənzətməsindən bəhanə kimi istifadə edərək Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi nişan alanlar isə elə Səhl Sumbatın törəmələdirlər.”
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

