Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycan İcması: Aİ Missiyası Ermənistanın ruporuna çevrilib

Qərbi Azərbaycan İcması: Aİ Missiyası Ermənistanın ruporuna çevrilib

15.08.2023 [09:45]

Avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-ni qabaqlayan açıqlama vermişdir. 

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilib.

Qərbi Azərbaycan İcması bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binokla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31