Türkiyə bölgənin stabilləşdirici faktorudur
16.08.2023 [11:43]
Türkiyənin Yaxın Orta Şərqdə sülhyaratma prosesində aktiv iştirakı mühüm üstünlüklər formalaşdırır və ya vəd edir.
O baxımdan ki, Yaxın Orta Şərqdə stabilliyin formalaşdırılması üçün paralel olaraq münasibətlərin tənzimlənməsi prosesi getməlidir - yəni burada Ankaranın rəsmi Təl-Əvivlə də əlaqələrin inkişafına yeni kontekstdə baxmasını şərt kimi dəyərləndirmək mümkündür. Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması isə yeni siyasi situasiya formalaşdırır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması ilə bu siyasi situasiya aydınlığa qovuşmuşdu. İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.
Amma bir sıra qüvvələr regionda yeni güc mərkəzinin formalaşmasından açıq narahatlıq keçirir. B.Əsədin bir sıra ölkələrlə yaxınlığı, hətta özünü onlara “borclu” hiss etməsi isə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına böyük ziyan və təhdid yaradır. Beləliklə, B.Əsədin yeni dövrdə əməkdaşlığa deyil, başqa istiqamətlərə istinad etməsi isə bölgədə yeni qarşıdurmaları körükləyə bilər. Burada həm də İŞİD-in, PKK-nın və digər terror təşkilatlarının aktiv fazada fəaliyyətindən söhbət gedir...
Maraqlıdır ki, aylar öncəsi də Orta Şərqlə bağlı müxtəlif iddialar və informasiyalar irəli sürülürdü. Məsələn, bəzi informasiya resursları Suriyada yeni ordu yaradılması ilə bağlı xəbərlər yayırdı. Xəbərdə bəzi güclərin Suriyanın Rakka şəhərinin ətrafında yerli ərəb qəbilələrinin nümayəndələri, İŞİD və digər terrorçu təşkilatların döyüşçülərinin iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlaması yer alırdı. Ekspertlərin isə buradakı məqsədin aydın olduğunu bildirirdi - bu döyüşçülərdən ölkədə vəziyyəti qeyri-stabilləşdirməkdən ötrü istifadə etmək istəyəcəkdilər. Bu kimi faktlar isə regionun stabil inkişafı üçün təhdidlər yaradır - Bəşər Əsəd anlamalıdır ki, Türkiyə ilə işbirliyi bölgəni həm stabil inkişafa, həm də təhlükəsiz gələcəyə aparacaq...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

