Avropada geniş intişar tapan pis ənənə
16.08.2023 [12:29]
MÜBARİZ
Son vaxtlarda “köhnə qitə”nin ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması kimi pis ənənə geniş intişar tapıb. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmət etmədiyini söyləyib: “Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”.
Xatırladaq ki, danimarkalı siyasətçi oxşar cinayəti - “Quran”ı yandırmağın başqa adı ola bilməz - ötən il də törətmişdi. O, Tarnbi şəhərində yenə də polisin mühafizəsi altında müqəddəs kitabımızı yandıraraq sosial şəbəkədə yayımlamışdı. Aksiyanı lentlə əhatələnmiş ərazidə həyata keçirən siyasətçini 30-a yaxın polis, Danimarka Kəşfiyyat İdarəsinin (PET) 7 mülki geyimli əməkdaşı mühafizə etmişdi.
Bəhs etdiyimiz son hadisəyədək İsveçin paytaxtı Stokholm iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb. Baş verənlər bütövlükdə, ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.
Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında özünü “demokratiya beşiyi” adlandıran Fransa da yer alır. Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib.
Bütün səmavi dinlər kimi, İslamın da özünəməxsus fundamental dəyərləri var. “Quran” dinimizin müqəddəs kitabıdır. İslam dininin dəyərləri və “Quran” xalqlar və dinlər arasında nifaq yaradılmasını inkar edir, bütün insanlara milliyyətindən, dinindən asılı olmayaraq yüksək dəyər verir, fərqli etiqadlara hörmətlə yanaşır. Təkcə belə bir faktı diqqətə çatdıraq ki, “Quran”da Xristian inancının mərkəzində yer alan Həzrəti İsa və anası Həzrəti Məryəmin adları çəkilir. Müqəddəs kitabımızdan yəhudilərin peyğəmbəri həzrəti Musanın, həzrəti Harunun adları keçir. “Quran”da Zəbur, Tövrat və İncil kitablarından da bəhs edilir. Yəni “Quran”, bütövlükdə, İslam bəşəri bir dəyərdir.
Bu dəyərlərdə humanizmi, insanpərvərliyi görməmək, başa düşməmək və dəyərləndirməmək, yumşaq desək, cahilliyə qayıdışdır. “Quran”ı yandıran, İslam dəyərlərini təhqir edən birisinin milli, dini, irqi kimliyinə etiqadı da natamamdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

