Cəhənnəm çuxurları
17.08.2023 [12:00]
Oğurluq, qətl, zoraklıq...
Şahanə XANKİŞİYEVA
Yaxın Şərq coğrafiyasında yerləşən ölkələrdə baş verən cinayətlər inkişaf etmiş ölkələrdəki cinayətlərə nisbətən aşağıdır. Ancaq statistik göstəricilərdə əks olunmasa da, elə cinayətlər də var ki, onların gizlədilməsi bəzi səbəblərdən qaynaqlanır. Bu isə o deməkdir ki, baş verən bütün cinayətlər əslində dünya statistikasında öz əksini tapmır. Xüsusilə ənənəvi, dini quruluş ilə idarə olunan Yaxın Şərq ölkələrində cinayətlərin əhəmiyyətli bir hissəsi qruplaşmalar vasitəsilə törədilir və belə qruplaşmaların terror təşkilatlarıyla bilavasitə bağlılığı məlumatların verilməsində maneələr yaradır. Məlumat verilməmə səbəblərindən
-cinsi qısnama və zorlama kimi bəzi cinayətlərin utanc və utancaqlıq hissini ehtiva etməsi;
-yaralanma və ya plagiat kimi bəzi hərəkətlərin sadə səviyyədə görülməsi və buna görə də bildirilməsinə ehtiyac olmadığı;
-cinayəti qeydə alan məmurların bu mövzuda lazımi diqqət və səy göstərməməsi, cinayət nisbətlərinin aşağı salınması kimi prossesinin həyata keçirilməsini(siyasi xarakter daşıyır – red.) göstərmək olar.
Bəzi islam ölkələrində əvvəllər cinayət nisbətlərinin aşağı olmasına baxmayaraq, bu gün tam əksi olaraq rəqəmlərin artdığı müşahidə olunur. Məsələn, İranda həm zorakı, həm də mülkiyyət əleyhinə cinayətlər artır. 1996-cı ildə hər 100.000 nəfərə 120 nəfər zorakılıq cinayətləri törədildiyi halda, 2003-cü ildə bu göstərici 100.000 nəfərə 150 nəfərədək yüksəlib. 1997-2005-ci illər arasında mülkiyyət əleyhinə cinayətlərdə təxminən 9 il ərzində 100% artım qeydə alınıb.
Dünyanın ən çox cinayət törədən əhalisi...
Bu ölkələr sağlam şüur cəhətdən çox geridədirlər. Belə ki, dünyanın ən çox cinayət törədən ölkələri kimi qeydə alınıblar. Məsələn, Sudan hər gün insanların yemək və ya su üçün öldürüldüyü çox kasıb ölkədir. Burada hətta uşaqlar da silah və ya qumbara ilə gəzirlər. Bir çox gənclər əcnəbiləri əsir götürən terror təşkilatlarının üzvüdürlər. Eyni vəziyyət insanların fidyə müqabilində qaçırıldığı Somalidə də müşahidə olunur. İraqda isə qruplar, terror təşkilatları arasında toqquşmalar, vətəndaş müharibəsi davamlı qorxu və panika mühiti yaradıb. Bu ölkəyə səfər etmək elə də arzuolunan deyil. Risk edib Bağdada səyahət edənlər geri qayıtmaya da bilərlər. Terrorçular özlərini ölkənin ağası kimi aparır, silah və narkotik dövriyyəsinə nəzarət edirlər. Kolumbiyada isə adam oğurluğu, qətllər, orqan və narkotik alveri kimi cinayətlər kütləvi xarakter alıb.
Səbəblər bəllidir...
Cinayət əmsalı böyük olan ölkələrdə iqtisadi, siyasi və sosial sahədə vəziyyət qeyri-sabitdir. Nəticədə qanunsuzluq, cinayətkarlıq inkişaf etməyə başlayıb, qətllər, adam oğurluğu adi hala çevrilib. İnsan hüquqlarının qorunması mexanizmləri yoxdur. Bu ölkələrdə əhalinin 90 faizi “yazılmamış qanunlar”la yaşayırlar.
Meksikada narkotik kartellərinin hökumətə böyük təsiri səbəbindən ölkədə cinayətkarlıq inkişaf edib. Ziyarətə gələn əcnəbilərin fidyə məqsədilə qaçırılması, avtomobillərin qarət edilməsi isə Efiopiyaya xas olan “xüsusiyyətlərdir”.
Cənubi Amerikanın şimal sahilində yerləşən Venesuela dünyanın aparıcı neft ixracatçılarından biridir, eyni zamanda geniş yayılmış və ən çox qətl törədilən ölkə olması ilə də tanınır. Venesuelada hər il 100.000 nəfərdən 50-dən çox insan öldürülür və bu rəqəm son on ildə durmadan artır.
Qadınlar üçün ən təhlükəli ölkələrin siyahısında isə Əfqanıstan, Konqo, Hindistan, Somali, Qvatemala, İraq, Çad, Sudan, Mali yer alır.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

