İxtisas seçimi keçid balının ümidinə qalıb
17.08.2023 [11:35]
Ali məktəblərə keçirilən imtahanlarda balların aşağı düşməsini təhsil keyfiyyətinin aşağı olması ilə əlaqələndirmək olar?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil eksperti Nadir İsrafilov problemin faciəyə çevrilməsinin düzgün olmadığını bildirib. O, qeyd edib ki, hər il bəzi vacib ixtisaslar üzrə yerlər tam dolur, bəziləri üzrə isə boş yerlər qalır və yenidən qəbul keçirilir: “Bunu da təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirməyə çalışırlar. Son illər texniki peşə məktəblərinə axın müəyyən qədər artıb. Ola bilsin ki, plan yerlərinin dolmamasında son illər həmin məktəblərə marağın artmasının da öz rolu var. Yaxın vaxtlarda bununla bağlı rəsmi statistika dərc olunacaq və hansı yerlərin dolduğu, hansı yerlərin boş qaldığı məlum olacaq”.
N.İsrafilovun sözlərinə görə, son vaxtlar imtahanın sadələşdirilməsi, təkpilləli və vahid imtahanların keçirilməsi məsələsi müzakirə olunur: “Hələ 2016-cı ildə DİM sədri Məleykə Abbaszadə, bu barədə məlumat vermiş və imtahan modelinin daha rahat və münasib forması üzərində iş getdiyini bildirmişdi. Hazırda bir neçə Avropa ölkəsində bu təcrübədən istifadə olunur. Bir imtahanla həm attestat verilir, həm də abituriyent topladığı bala müvafiq olaraq, istədiyi universitetə qəbul ola bilir. Ölkəmizdə də buna ciddi ehtiyac yaranıb. Əgər qəbul qaydalarında dəyişiklik edilməsə, zorla mütəxəssis yetişdirməyə davam edəcəyik.
Bu gün universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olunsalar da, sonradan fikirlərini dəyişiblər və məcburiyyət qarşısında qalaraq təhsillərini davam etdirirlər. Bu baxımdan da seçimin mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı təkliflər gündəmdədir. Keçmiş SSRİ dövründə peşəyönümlü məsələlər orta məktəbdən başlayırdı.
Kim hansı ixtisas üzrə təhsil alacaqdısa, əvvəlcədən müəyyən edir, müəllimlər və valideynlər də onlara dəstək verirdi. İndi isə ixtisas seçimi keçid ballarının ümidinə qalıb.
Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxundu və bildirdi ki, hüquqşünas olmaq istəyən sonda tarixçi, yaxud həkim olmaq istəyən bioloq olur. Elə etmək lazımdır ki, peşə seçimi orta məktəbdən başlasın, məktəbli isə hansı ixtisasa maraqlı olduğunu indidən müəyyən etsin”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

