İstiqamətlər daha da genişləndirilməlidir
17.08.2023 [12:10]
Günel ABBAS
"Son illər Azərbaycanda diaspor quruculuğu, lobbiçilik fəaliyyəti sahəsində müəyyən irəliləyişlər əldə edilib, Azərbaycan diasporu bir sıra dünya ölkələrində dövlətimizin maraqlarının təmin edilməsi yolunda mühüm nailiyyətlər qazanıb. Bunun nəticəsidir ki, bir sıra ölkələr Azərbaycanın bəzi məsələlərdə haqq səsinə səs verərək, ona dəstək olublar. Bu xüsusda, əsasən də Latın Amerikası ölkələri seçilir. Belə ki, Meksika, Panama, Honduras, Kolumbiya, Peru, Qvatemala Xocalı soyqırımını rəsmən tanıyıblar. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Amma maraqlıdır ki, Azərbaycan diasporu dünyanın bir sıra məntəqələrində aktiv olsa da, əsas güc mərkəzi hesab olunan Qərb dünyasında, Avropada hələ də onun fəaliyyətinin nəticələri ciddi sezilmir. Azərbaycan diasporu hələ də Avropada zəif mövqedə qalmaqda davam edir”.
Bu barədə deputat Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Millət vəkilinin fikrincə, diasporumuzun Qərb dünyasında aktiv rol oynaya bilməməsi bir sıra xarici və daxili faktorlarla bağlıdır: “Azərbaycan diasporunun dünyanın müxtəlif qütblərində fəaliyyət göstərməsi, ölkələrlə əməkdaşlıq və işgüzar münasibət qurması yaxşı təşəbbüsdür. Hər halda hər bir ölkənin özünəməxsus müəyyən üstünlük və imkanları var. Bu baxımdan da həmin ölkələrlə əlaqələrin qurulması müəyyən önəm kəsb edir. Amma fikrimcə, burada daha önəmlisi diaspor təşkilatlarımızın dünyanın aparıcı güc mərkəzləri ilə əlaqələr qurmasıdır. Hər kəsə bəllidir ki, bu güc mərkəzləri də demokratik dəyərlərin daşıyıcısı olan Avropa qitəsi, ABŞ və Kanadadır. Çox istərdik ki, xaricdəki lobbi fəaliyyətimiz əsasən məhz bu ölkələri əhatə etsin”.
V.İskəndərov qeyd edir ki, dünyanın əsas güc mərkəzini Qərb ölkələri təşkil edirsə, ideoloji əsaslar və ictimai rəyin formalaşmasında bu məkan aparıcı rolda çıxış edirsə, o baxımdan Azərbaycan diasporu da öz gücünü daha çox məhz həmin ölkələrlə əməkdaşlığa yönəltməlidir: “Qərblə təmasların zəif olmasına bir sıra amillər təsir göstərir. Burada sözsüz ki, erməni lobbisinin bu ölkələrdə güclü iş aparması, həmin ölkələrin qərarverici şəxslərinin rəyinin dəyişməsinə təsir göstərməsi kimi amillər aparıcı rol oynayır. Amma diaspor fəaliyyətimizin Avropada zəif olmasının səbəbi xarici faktorla yanaşı, daxili faktorlarla da bağlıdır. Əsas məsuliyyəti özümüzdə axtarmalıyıq. Bu istiqamətdə Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, dövlətin maliyyəsilə dəstəklənən qeyri-dövlət qurumlarının fəaliyyəti də yetərincə deyil. Fikrimcə, məsələyə yenidən baxılmalı, Avropada fəaliyyət göstərən səfirliklərin, diasporun fəaliyyəti təhlil edilməlidir. Həmin təhlildən irəli gələn nəticələrdən çıxış edərək də Qərb dövlətlərində diaspor fəaliyyətimizi gücləndirməliyik.
Yəni diasporumuz əsas diqqəti Afrika, Orta Asiya və Latın Amerikasının üçüncü dərəcəli ölkələrinə deyil, resursları dünyada ictimai rəyi formalaşdıran Avropa qitəsinə yönəltməlidir. Diasporumuzun Avropa ölkələri ilə təmaslarının yetərincə olmaması həm də beynəlxalq müstəvidə ölkəmiz barədə müsbət imicin formalaşmasına imkan vermir, müəyyən dərəcədə onun imicini kölgə altına alır. Ona görə də diaspor təşkilatlarımız və hökumət öz diqqətini daha çox Avropa məkanı ilə təmaslara yönəltməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

