/ / Hulusi Kılıç: “Bu gün Qərb Azərbaycanın qazını almaq üçün qapısına gəlirsə, atdığı addımları iki dəfə fikirləşməlidir”
Hulusi Kılıç: “Bu gün Qərb Azərbaycanın qazını almaq üçün qapısına gəlirsə, atdığı addımları iki dəfə fikirləşməlidir”
17.08.2023 [21:40]
“Bu gün Qərb, Avropa İttifaqı Azərbaycanın qazını almaq üçün qapısına gəlirsə, atdığı addımları iki dəfə fikirləşməlidir”.
Bunu “Report”a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
“Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərə əl uzadır, onları öz vətəndaşları kimi görür. Azərbaycan xalqı tolerant və alicənab bir xalqdır. Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə sülh əlini uzadıb, erməni əhali ilə görüş təklif edilib. Amma təəssüf ki, qarşı tərəf bunlarda maraqlı olmayıb. Qərb, Avropa ittifaqı ölkələri ağıllarını başlarına yığsınlar, erməni diasporunun oyunlarına alət olmasınlar. Əgər Ermənistanın yaxşılığını düşünürlərsə, onu sülh sazişinə dəvət etsinlər”, - deyə diplomat fikrini genişləndirib.
Hulusi Kılıç qeyd edib ki, Erməni diasporu Ermənistanda yaşayan xalqa xəyanət edir: “Erməni diasporunun nümayəndələri Qərbdə komfort bir həyat yaşadığı halda, erməni xalqı Ermənistanda böyük bir yoxsulluq içindədir. Erməni diasporunun fəaliyyəti Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə zərər vurur və regiondakı problemin həllini yubadır. Bundan ən çox zərər görən isə elə Ermənistandır. Amma diasporları bunun fərqində deyil, öz varlığını davam etdirmək üçün hər yola əl atır.
Diaspor yalanları ilə Qərb ölkələrini aldatmağa çalışır. Bu yolda bəzi çevrələrə ödənişlər də edir. Humanitar yardım adı altında bir teatr tamaşası nümayiş etdirir. Amma bilməlidirlər ki, Azərbaycan suveren bir ölkədir, torpaqlarından necə istifadə edəcəyinə özü qərar verir. Əgər Azərbaycan torpaqlarından humanitar yardım keçəcəksə, bu, Ağdam yolu vasitəsilə Xankəndiyə çatdırılacaq. Belə bir təklif irəli sürən Azərbaycana qarşı kampaniya aparmaq sadəcə olaraq Azərbaycanın imicinə zərər vurmaq niyyətindən xəbər verir”.
Diplomat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası ermənistanyönümlü qərar qəbul etməməklə öz imicini qorudu: “Erməni diasporunun alətinə çevrilmədi və bölgədəki vəziyyəti daha da gərginləşdirmədi. Yalanlarının üstü açılan erməni diasporu və diplomatiyası isə biabır oldu.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə yazılırdı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Amma nə oldu? 30 il bu qərarlar tətbiq edilmədi. Nəticədə onları 2020-ci ildə Prezident İlham Əliyev həyata keçirdi və 44 günlük Vətən müharibəsi ilə ədaləti bərqərar etdi.
Qərb ölkələri həmin 30 il ərzində səssiz qaldılar. Amma indi qarayaxma kampaniyalarına dəstək duranlar var. Əvvəldə də qeyd etdiyim kimi, onlar nəzərə almalıdırlar ki, Ermənistanın Azərbaycana qarşı kampaniyasını dəstəkləməyə davam etsələr, bu, ən birinci Ermənistanın ziyanına olar. Çünki mövcud gərginlikdən ən çox onlar zərər görür, erməni gənclər ölkəni tərk edirlər. Azərbaycan isə torpaqlarını işğaldan azad edib, günü-gündən inkişaf edir. Azərbaycan Türkiyə ilə birlikdə regional gücə çevrilir. Qardaş ölkə bu gün 2000-ci ildəki ordudan dəfələrlə güclü bir orduya sahibdir. Bunları nəzərə almaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

