İrəvanın yeni “yan mirzəsi”...
18.08.2023 [10:15]
Əli Kərimli - Sevinc Osmanqızı cütlüyünü kədərə boğan qələbə
44 günlük Vətən müharibəsində qazanılan qələbə regionda yeni siyasi reallıqlar yaratdığı kimi, siyasi arenada da mühüm məqamları ilə seçildi. Milli maraqları, dövlətçiliyi əsas götürən siyasi qüvvələr birmənalı şəkildə vahid mövqe ətrafında birləşdi. Anti-milli mahiyyətə malik olan müxalifət isə hər zaman olduğu kimi Azərbaycan dövlətinin uğurlarından narahat olmaqdadır. Bu gün də analoji proses davam edir. Məsələn, Laçın dövlət sərhəd burpaxılış məntəqəsi ətrafında Ermənistanın apardığı son qərəzli kampaniya ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılandı - hər kəs, bu anti-Azərbaycan kampaniyasının qərəzə söykəndiyini və həqiqəti əks etdirmədiyini önə çəkdi. Maraqlıdır ki, ötən dövr ərzində məsələ ilə bağlı vahid mövqe ortaya qoymayan müxalif kəsim axır ki, özünü “ələ verdi”.
Osmanqızının “kədəri”...
Məsələn, ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına verdiyi müsahibəsi AXCP sədri Əli Kərimlinin növbəti dəfə özünüifşasına çevrildi. İlk olaraq qeyd edək ki, Sevinc Osmanqızının Rusiyanın “veto qoyacağı”nı söylədiyi anda üzündəki kədər çox şeydən xəbər verir. Bu şəxs sanki ermənilərin BMT TŞ müstəvisində məğlub olacağını “hiss etdiyi” üçün çox böyük üzüntü içindədir. Bu üzüntüsü isə onun “üzünə” belə sirayət edib. Yəni gözünün içinə qədər “kədərə bürünüb”...
Danışan kimdir - erməni yandaşımı?
Əli Kərimli isə öz ampulasındadır. “Qeyri-səlis” təfəkkürü ilə hər şeyi bir-birinə qatan, fikirlərində ardıcıl olmayan, Ermənistanın BMT TŞ-ya şikayəti “mövzusunda” danışan Ə.Kərimlinin iddiaları həm anlaşılmaz, həm də qəribədir - sanki danışan Azərbaycan vətəndaşı yox, erməni yandaşıdır. Özünü siyasətçi sayan bu şəxsin seçdiyi ifadələr öz təbirincə desək, “ardıcıl” deyil. Məsələn, onun “məntiqincə” Azərbaycan Laçın postu ilə bağlı Ermənistanla “mübahisə etməməliydi”. Rəsmi İrəvanın, daha doğrusu, dolayısı ilə Fransanın postla bağlı “mövqeyi” ilə razılaşmalı, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını gözləməli idik. Bu qədər məntiqsizlik və səbatsızlıq sadəcə “göz oxşayır”... Əli Kərimli bu fikri ilə iddia edir ki, Azərbaycan öz iradəsini nümayiş etdirməməli idi, ermənilərin və onların havadarlarının Laçın postu ilə bağlı iddialarını “təmin etməli idi”. Bu şəxs öz dediyini eşidirmi və ya anlayırmı? Belə çıxır ki, məğlub Ermənistan bizə diqtə etməli idi və biz də bu diktənin şərtləri əsasında onların nazı ilə oynamalı idik. Bu, Ə.Kərimlinin “məsləhətidir” - amma qarşısına ad yazmasan, sanki Ermənistan siyasi hakimiyyətinə yaxın bir insanın “analizidir”...
Fransız iddialarının “yan mirzəsi”...
Əli Kərimli Fransanın mövqeyini dəstəkləyərək Azərbaycanı “yol bağlamaqda” ittiham edir - bu, AXCP sədrinin bütövlükdə, ermənipərəst xorun aldığı tezislərdən “qidalandığını” deməyə əsas verir. O bildirir ki, “dünya yol kəsməyi bəyənmir” - bununla da Ə.Kərimli Azərbaycanın yol kəsdiyini “etiraf etmiş olur”. Halbuki Azərbaycan heç bir yol kəsməyib, əksinə yolun təhlükəsizliyini təmin edib. Azərbaycan Kərimlinin Qarabağda “göz yummağa” çağırılan qruplaşmalarına silah-sursat daşınmasının qarşısını alır. Deyəsən bu, Fransa və Ermənistanla yanaşı, Kərimlinin də “maraqlarına toxunur”...
Təfəkkür çatışmazlığı “sindromu”...
Kərimli iddia edir ki, Azərbaycan Laçın postu məsələsinin “beynəlxalq aləm”in müzakirəsinə çxarılmasına imkan verməklə “səhv edib”. Guya beynəlxalq aləm Ermənistanı dəstəkləyir - amma avqustun 16-da bəlli oldu ki, bu, heç də belə deyil. Bütün dünyanın, eyni zamanda, Əli Kərimlinin gözü qarşısında Azərbaycan növbəti diplomatik qələbəsini qazandı. Ə.Kərimli bəzi xarici ölkələri güclə Ermənistana “müttəfiq” etməyə çalışırdı ki, avqustun 16-da bu yalan da ifşa edildi - bütün dövlətlər, hətta Ermənistanın öznə yaxın bildiyi ölkələr belə Azərəbaycanın haqlı mövqeyini dəstəklədi.
Onun təbirincə, Azərbaycan dövləti Qarabağdakı silahlı dəstələrə son ana qədər “göz yummalıdır”. Onun bu “mövqeyi”nin “təfəkkür çatışmazlığı” və ya qəsdən olması da mübahisəlidir. Müsahibənin gedişində Kərimlinin tez-tez ad çəkmədən Fransanın Azərbaycana qarşı iddialarına istinad etməsi də mühüm şübhələrə yol açır. Çünki Ə.Kərimli bütün cümlələrində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır - o bildirir ki, Azərbaycan bütün dünyanın və Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasına nail olmalı idi. Ortada nonses var - bütün dünya illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan isə son 4 ayda bu fikri detallı şəkildə dəfələrlə dilə gətirib.
Erməni diplomatiyasının “təbliğatçısı”...
Kərimlinin öz nitqində tez-tez müraciət etdiyi nüanslardan biri də “Ermənistan diplomatiyasının” təriflənməsidir. Sanki Ermənistanın “yan mirzəliyi” vəzifəsini üzərinə götürmüş Kərimli cidd-cəhdlə Azərbaycanı ittiham edir. Az qala Laçın postu ilə bağlı Ermənistanın iddialarına “riayət etmədiyimizə” görə bizə qarşı qəzəbini dilə gətirən Kərimlinin bu mövqeyi də anlaşılan deyil. O bildirir ki, Ermənistan diplomatiyası “öz işini yaxşı görür”. Əksinə, Azərbaycanın apardığı diplomatik iş isə Kərimlinin “məntiqincə” uğursuzdur. O iddia edir ki, Azərbaycan “haqsız duruma” düşüb - AXCP sədri bildirir ki, biz Ağdam-Xankəndi yolu ilə bağlı iddamızı sonraya saxlamalıydıq. Fikrimizcə, artıq şərhə ehtiyac qalmır. Kərimli və onun “yandaşlarının” ermənipərəst mövqeyi bütün çılpaqlığı ilə ortadadır...
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

