Təbiət can alır, yoxsa...
23.08.2023 [12:28]
Dünyada baş verən zəlzələlər
Şahanə XANKİŞİYEVA
Bu ilin ən sarsıdıcı xəbəri yəqin ki, qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ oldu. Belə ki, zəlzələ nə az, nə çox 48 minə yaxın insanın ölümünə səbəb oldu. Əslində zəlzələ yox, keyfiyyətsiz materialların istifadə olunduğu tikililər bu fəlakətə səbəb oldu... Bu təbii fəlakət bu yaxınlarda Azərbaycan ərazisindən də yan keçmədi. Ancaq sevindirici haldır ki, ölkə ərazisində baş verən zəlzələ sadəcə insanların təşvişilə yadda qaldı. Bəs zəlzələ nədir, necə yaranır?
Zəlzələ yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə və dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Ən ümumi mənada zəlzələ sözü seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni - istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur.
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bu zəlzələlərin yalnız beşdə biri hiss olunur, təxminən 100-ü isə dağıntılara səbəb olur.
Zəlzələ ilə bağlı qeydlər aparılmağa ilk dəfə 1881-ci ilə Yaponiyada başlanılıb. Bundan sonra bir neçə ölkədə seysmometr istifadə olunub və seysmik stansiyalar qurulub. XXI əsrdən etibarən dünyada baş verən zəlzələlər anlıq olaraq təsbit edilir.
22 may 1960-cı il...
Çilinin Valdivia şəhərində 9,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra Sakit okeanda sunami yaranıb. 10 min kilometr məsafədəki Hilo, Havay və Cənubi Afrikanın sahil bölgələri güclü dalğalara məruz qalıb. Zəlzələ nəticəsində təxminən 5000 insan həyatını itirib.
26 dekabr 2004-cü il, Hind okeanı
İndoneziyanın Sumatra adasının qərb sahillərində güclü zəlzələ baş verib. Yaranan sunami nəticəsində əmələ gələn 30 metr hündürlükdəki dalğalar 14 ölkədə 230 mindən çox insanın ölümünə səbəb olub. Ən ağır fəsadlar isə İndoneziya, Şri-Lanka, Hindistan və Taylandda qeydə alınıb.
1976-cı il, Çin
28 iyul 1976-cı ildə Çinin Tanqşan şəhərində baş verən 7,8 bal güclü zəlzələ 240 minə yaxın insanın ölümünə səbəb olub.
2010-cu il, Haiti
Paytaxt Port-o-Prinsdən 25 km uzaqlıqda qeydə alınan 7 bal gücündəki zəlzələ böyük dağıntılara səbəb olub. Təkanlar bir neçə dəfə təkrarlanıb. 100 minə yaxın insanın öldüyü bildirilib.
Aşqabad, 1948-ci il...
6 oktyabr 1948-ci ildə baş verən zəlzələ 7,3 bal gücündə olub. 110 min insanın öldüyü zəlzələ nəticəsində Aşqabad şəhəri tamamilə dağılıb və sonra yenidən inşa edilib.
2005-ci il, Pakistan...
8 oktyabr 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündəki zəlzələ 1 dəq. 19 san. davam edib. 75 mindən artıq insan həyatını itirib. Yeraltı təkanlar paytaxt İslamabaddan 95 km şimal-şərqdə yerləşən Kəşmir bölgəsində qeydə alınıb.
Bəs dünyada ən çox zəlzələ hansı coğrafi ərazidə hiss olunur? ABŞ hökumətinin rəsmi geologiya agentliyi olan USGS-in məlumatına görə, yer daim silkələndiyi üçün bu suala aydın cavab vermək çətindir. Qurumun məlumatına görə, dünyada ən çox ölçülə bilən zəlzələlər Yaponiyada olur. Yaponiya aktiv tektonik sınma xəttində olduğu üçün bəzən aşkar edilməyən təkanlar da yaşana bilər. Ən çox hiss edilən zəlzələlər isə İndoneziyadadır. Hər kvadrat metrə görə ən çox zəlzələnin Tonqa, Fici və ya İndoneziyada ölkələr olduğu təxmin edilir. Qurumun araşdırmasına görə, tarix boyu zəlzələlərdən ən çox zərər çəkən ölkələr Çin, İran və Türkiyə olub. Earthquakelist.org saytının bu günə olan məlumatına görə, 2023-cü ildə Türkiyədə 499 zəlzələ baş verib və siyahıda ikincidir. Birinci yerdə isə 502 zəlzələ ilə İndoneziyadır.
Bəs zəlzələ zamanı təhlükəsizlik üçün nə etməliyik?
Əgər zəlzələnin tez-tez baş verdiyi bir ərazidəsinizsə, evdə təcili yardım çantası olmalıdır. Çantada su, fənər, ilk yardım dəsti və yemək olmalıdır. Çantada həmçinin şəxsi sənədləriniz, nağd pul və müntəzəm olaraq qəbul etdiyiniz dərmanların siyahısı, eləcə də sağlamlığınızla bağlı məlumatları saxlamalısınız. ABŞ Geoloji Tədqiqat Mərkəzinə (USGS) görə, zəlzələ başlandığı zaman olduğunuz yerdə qalsanız və hərəkət etməsəniz, xəsarət alma ehtimalınız daha azdır. Ona görə də Mərkəz silkələmə zamanı yerinizdən tez qaçmamağı tövsiyə edir. Çünki araşdırmalar göstərir ki, ən çox xəsarət alma halları binada hərəkət edərkən və ya bayıra çıxmağa çalışarkən baş verir.
Mütəxəssislər təhlükəsizliyinizi təmin edəcək üç sözə diqqət çəkir: “Aşağı əyilin, tutun, yapışın”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

