Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib

“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib

24.08.2023 [10:57]

Türkiyənin “TV8” telekanalı Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

DTA-dan bildirilib ki, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.

“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31