QAİ: Dünya Miyatoviçin ədalətsiz açıqlamasını pisləyirik
28.08.2023 [16:23]
Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçin 2023-cü il 28 avqust tarixli ədalətsiz açıqlamasını pisləyir.
Bu barədə Qərbİ Azərbaycan İcmasından məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur: "Ermənistanın ən azı sözdə Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra bəzilərinin hələ də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsiz münasibət bəsləməsi bir sıra suallar doğurur. Komissarı gələcəkdə “Azərbaycanın Qarabağ bölgəsi” ifadəsindən istifadə etməyə çağırırıq.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra daim Ermənistan işğalının humanitar, insan hüquqları ilə bağlı fəsadlarını təşkilatda qaldırır, lakin hər dəfə “Biz siyasi təşkilat deyilik, bu kimi məsələlərə qarışmırıq” kimi standart, qəbuledilməz cavablar alırdı. Bəs indi Azərbaycan öz ərazilərini azad etdikdən sonra nə üçün eyni təşkilat və eyni rəsmilər artıq tamamilə fərqli mövqedən çıxış edirlər?!
2018-ci ildən komissar olan Dünya Miyatoviç nə üçün bircə dəfə Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə, 1 milyon azərbaycanlının qovulması ilə bağlı narahatlığını ifadə etməmişdir?
Azad edilmiş ərazilərdə bir-birinin ardınca kütləvi məzarlıqlar aşkar olunur. Kütləvi məzarlıqlarda aşkar edilmiş insan qalıqları əsasında 30 ildən sonra kimliyi müəyyən edilmiş bir neçə Azərbaycan hərbçisi bu günlərdə dəfn edilib. Kütləvi məzarlıq bir anlayış olaraq özündə insan hüquqlarının kobud şəkildə pozulmasını ehtiva edir. Niyə bu məsələyə dair narahatlığınızı ifadə etmirsiniz?Qarşıdan 30 avqust-beynəlxalq itkin düşmüş şəxslər günü gəlir. Bəlkə Ermənistanı kütləvi məzarlıqların koordinatlarını Azərbaycana təqdim etməyə çağırasınız?
2020-ci ildən bəri 300-dən çox azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub. Bəs bunlara siz komissar kimi nə vaxt münasibət bildirəcəksiniz?
Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycanın Qarabağ bölgəsinə yox, qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən Ermənistana səfər etməlidir. Bəlkə qərbi azərbaycanlıların dağıdılmış məscidləri, qəbristanlıqları ziyarət etməsinə imkan yaratmaq üçün Ermənistana çağırış edəsiniz?"
Qərbi Azərbaycan İcması komissarı ikili standartların əsiri olmamağa və özünün müstəqilliyini qorumağa çağırır.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

