Rusiya XİN-ə etiraz notası...
29.08.2023 [10:45]
Cavab gözləyirik!
Y.BAYRAMOVA
Bu il avqustun 7-də Rusiyanın Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yekaterinburq şəhər dumasının sədri İqor Volodin qonaq qismində iştirak edib.
Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib. Bildirilib ki, təxribat xarakterli tədbirin keçirilməsi və şəhər dumasının sədrinin orada iştirakı separatçılığı təşviq edir. Həmçinin qeyd olunub ki, bütün bunlar Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə ziddir, habelə ikitərəfli əməkdaşlığa zərbə vurur.
Səfirliyin mətbuat xidmətinin məlumatında qeyd olunub: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə məktub göndərib. Məktubda Azərbaycanın prinsipial mövqeyi və qəti etirazı əks olunub. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.
Qarşı tərəfdən Yekaterinburq şəhər dumasının sədri İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub. Həmçinin gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür təxribat xarakterli addımlarının qarşısının qətiyyətlə alınması təkidlə diqqətə çatdırılıb”.
Qeyd edək ki, səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləyir.
“Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Məmmədov bildirib ki, Rusiya öz ərazi hüdudları çərçivəsində Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərən, separatizmi dəstəkləyən qüvvələri Bakının mühakiməsinə verməlidir. Onun sözlərinə görə, bu, Azərbaycan ilə Rusiya arasında “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”nin 11-ci və 18-ci maddələri üzrə nəzəri situasiyanı əhatə edən halların şərtidir: “Bu, ilk belə hal deyil. Ermənilər ərazilərimizdə 1991-ci il sentyabrın 2-də sovetlərin xeyir-duası ilə separatçı, cinayətkar, qondarma bir qurum yaratdılar- “Dağlıq Qarabağ Respublikası”, “artsax dövləti”. Bu, Rusiyanın razılığı ilə baş tutmadımı?”.
Etiraz notası ciddi mətləblərdən xəbər verir
Millət vəkili qeyd edib ki, Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlayaraq izahat istəməsi ciddi mətləblərdən xəbər verən tezis kimi dərk olunmalıdır: “Bu, bir hadisəyə qarşı yox, bütövlükdə Rusiyanın separatizm kartına qarşı etiraz kimi şərh edilə bilər”.
Cavablarını gözləyirik...
E.Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti Rusiyaya ilə münasibətlərdə hər zaman dürüst olub: “Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalayıb. Mehriban qonşuluq münasibətləri, xəyanət etməmək, bir-birinin daxili işinə qarışmamaq, separatçılara qarşı birgə mübarizə aparmaq həmin müttəfiqlik sənədinin prinsipləridir. Rusiya buna əməl edirmi? Təəssüf ki, xeyr. Azərbaycan səfirliyi haqlı olaraq öz etirazını bildirib. Cavablarını gözləyirik.
Bir dəstə satqın insanın keçirdiyi tədbirə Rusiyanın rəsmiləri qatılır. Bu, birbaşa Rusiya dövlətinin niyyətindən xəbər verir”.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

