Keçidə getməyə ərinənlər, işıqfora məhəl qoymayanlar...
29.08.2023 [15:37]
M.BAYRAMLI
Son vaxtlar Azərbaycanda da yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alanların sayı, təəssüf ki, getdikcə artmaq üzrədir. Bu ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Bu, ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.
“Əsasən piyada vurma hadisələrinin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir”. Bunu yol hərəkəti üzrə ekspert Tofiq Əliyev deyib. Onun sözlərinə görə, piyadalar həmin keçidlərdən keçməməklə həm özlərinin, həm də başqalarının həyatını riskə salır. Buna biganəlikdən başqa ad vermək olmaz: “Bu gün əsas məqsəd yol-nəqliyyat qəzalarının sayını minimuma endirmək, ölüm və sağlamlığa dəymiş ciddi xəsarətlərin sıfıra endirməkdir. Buna görə də piyadalardan yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik. Unutmasınlar ki, ani diqqətsizlik onların və başqalarının həyatı bahasına başa gələ bilər. Hər birimiz hüquqi və ictimai məsuliyyətimizi dərk etməli, bu bəlaya qarşı mübarizə aparmalıyıq. Təəssüf ki, 5 piyadadan 1-i qadağan olunmuş yerlərdən keçir. Keçidə qədər getməyə və zolaq üzərindən keçməyə ərinirlər. Hətta magistrallarda hündür beton və ya dəmir arakəsmələrə, məhəccərlərə dırmaşmaqla yolu adlamağa çalışırlar”.
Bununla belə, piyada keçidləri üzərində vurulanlar da az deyil. Ekspert deyir ki, piyadalar kimi sürücülər də yol qaydalarına riayət etməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38

