Ali Rada təyinatı təsdiqlədi
07.09.2023 [11:45]
Yeni müdafiə naziri Krımı azad edə biləcəkmi?
N.BAYRAMLI
Ukraynanın yeni müdafiə nazirinin təyin olunması rəsmiləşib. Gözlənildiyi kimi, əslən Krım tatarı olan Rustem Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub. Umerovun təyinatı ötən gün Ali Radada təsdiqlənib. Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl prezident Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa verib. Dünən onun 3 müavini də istefa ərizəsi yazıb. Oleksiy Reznikovun vəzifədən getməsi Ukrayna ordusunun əks-hücum əməliyyatının effektli olmaması ilə əlaqələndirilir. Həm Ukrayna xalqının, həm də müttəfiqlərin əks-hücumdan gözləntiləri böyük olsa da, bu özünü doğrultmadı. Xüsusilə, şərq cəbhəsində hücum əməliyyatları nəinki nəticə vermir, əksinə rus qoşunları bu istiqamətdə hücumlarını artırıblar. Bu kimi səbəblərdən, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı narazılıq artırdı. Prezident Zelenski bütün bunları nəzərə alaraq nazirliyin rəhbərliyini dəyişməyi qərar aldı.
Zelenski Krım tatarı olan R.Umerovun Reznikovu əvəzləyəcəyinin anonsunu vermişdi. Umerov bundan əvvəl xalq deputatı və hökumətin tərkibində komitə sədri kimi fəaliyyət göstərib. O, həm də Ukrayna parlamentində Türkiyə-Ukrayna Dostluq Qrupunun rəhbəri idi. Ali Rada bir müddət əvvəl onun komitə sədrliyindən istefasını qəbul edib. “Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur”, - prezident Zelenski Umerovun təqdimatını verərkən bildirmişdi.
Yeni müdafiə nazirinin tərcümeyi-halı haqqında nə bilirik? Rustem Enver oğlu Umerov 1982-ci ildə Səmərqənddə anadan olub. 1944-cü il mayın 18-də Umerovlar ailəsi tarixi vətəni Krımdan Sibir və Orta Asiyaya deportasiya edilib. 50 illik sürgün-deportasiyadan sonra 1990-cı illərin əvvəllərində Krım tatarlarının repatriasiyası başlanandan sonra Umerovlar ailəsi öz tarixi vətənlərinə qayıda bilib.
O, Kiyev Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb. Bu şəxs 7 sentyabr 2022-ci ildən Ukrayna Dövlət Əmlak Fonduna rəhbərlik edirdi. Umerov həm də, Krım tatar xalqı Qurultayının nümayəndəsi və Krım tatar xalqının lideri Mustafa Cəmilovun (Qırımoğlu) müşaviridir.
R.Umerov daha əvvəl Ukraynanın Avropa Şurası Parlament Assambleyası yanında Daimi Nümayəndəliyinin rəhbərinin müavini olub. 2020-ci ilin dekabrından Ali Radada “Krım platforması” assosiasiyasının həmsədridir. Həmin il Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında “Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.
Qeyd edək ki, R.Umerov türk dilində də sərbəst danışır. Diqqətçəkən digər məqam ondan ibarətdir ki, müharibə aparan ölkənin yeni müdafiə naziri hərbçi deyil, mülki şəxsdir. Bunun səbəbi nədir? Bəzi ekspertlər Umarovun müdafiə naziri təyin olunmasının rəmzi məna daşıdığını hesab edirlər. Yəni bununla rəsmi Kiyev Krımın işğalı ilə heç zaman barışmayacağını nümayiş etdirir. Əsas hədəf bu ərazinin azad olunmasından ibarətdir. Bu baxımdan, Ukrayna ordusunun cənub istiqamətdə müəyyən qədər irəliləməsi diqqəti cəlb edir.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

