Dövlət Komitəsi İstanbulda yaşayan azərbaycanlılara müraciət edib
07.09.2023 [18:18]
Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan azərbaycanlılara müraciət edib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 23-dən oktyabrın 3-dək Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasında Türkiyənin İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrup tərəfindən qəbulu keçiriləcək.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və sair) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Pasportların rəsmiləşdirilməsi üçün vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün), Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) təqdim edilməlidir.
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün doğum haqqında şəhadətnamənin surəti və valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti təqdim olunmalıdır. Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Nikahın bağlanması üçün etibarlı ümumvətəndaş pasportunun surəti, subaylıq haqqında arayış, nikahın bağlanması haqqında tərəflərin ərizəsi, Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) və tibbi müayinədən keçdiyini təsdiq edən arayış təqdim edilməlidir.
Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi, valideynlərin ərizəsi və valideynlərin etibarlı pasportlarının surəti tələb edilir.
Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün isə valideynlərin ərizəsi, valideynlərin pasportlarının surəti və doğum haqqında şəhadətnamələrin surəti təqdim olunmalıdır.
Qəbul saatları şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək, iş günləri: 16:00-dan 19:00-dəkdir. Əlaqə saxlamaq üçün (+90 850 800 0515) və (+90 506 595 32 40) nömrələrinə zəng etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30

