“Tuğ” Qoruğunun 5 abidəsi...
08.09.2023 [12:00]
Milli mədəniyyət nümunələrimizi qorumalıyıq!
Xalqımızın böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Xocavənd rayonunun Tuğ kəndidir. Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğda Qarabağın ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər var. Tuğ kəndi, eyni zamanda, zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Digər məlumata görə isə Tuğ-qıpçaq kökənli bir soyun adıdır.
Xatırladaq ki, Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. İşğal dövründə bu kəndin tarixi-mədəniyyət abidələrinin formaları ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirilib, kəndin yaşayış evləri isə dağıdılaraq xarabalığa çevrilib. 16 iyun 2023-cü ildə ölkə başçısı “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edilib.
Bu günlərdə “Tuğ” Qoruğunun tərkibinə beş abidə daxil edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi) “Tuğ” Qoruğuna daxil edilib. Eyni zamanda yerli əhəmiyyətli memarlıq abidələri - Məbəd (XIII əsr, Tuğ kəndi), Məbəd (1747-ci il, Tuğ kəndi) və Körpü (XVIII əsr,Tuğ kəndinin yaxınlığında) də Qoruğun tərkibində olacaq.
Qərarın əhəmiyyətini “Yeni Azərbaycan”a şərh edən memar Elçin Məmmədov bildirib ki, ölkəmizin mədəniyyətində mühüm əhəmiyyətə malik olan beş memarlıq abidəsinin “Tuğ” Qoruğuna daxil edilməsi olduqca mühüm amildir. Onun sözlərinə görə, belə memarlıq abidələri Qarabağ zonasında, ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizdə çoxdur: “Vaxtilə Sovet İttifaqında belə bir siyasət var idi: Ölkəmizdəki milli memarlıq abidlərinin sayını azaldırdılar. Bunu bilərəkdən edirdilər, yalnız Azərbaycanın yox, bütün respublikaların tarixi silmək istəyirdilər. Bunları deməkdə məqsədim odur ki, əslində Azərbaycan ərazisində minlərə memarlıq abidəsi var ki, indiyə kimi onlardan xəbərimiz yoxdur. Onlar bizim rəsmi dövlət orqanlarının siyahısına belə düşməyiblər. Bu nöqteyi nəzərdən yanaşsaq, 5 memarlıq abidəsinin “Tuğ” Qoruğuna daxil edilməsi olduqca vacib və müsbət bir haldır. Dəfələrlə Tuğ kəndində olmuşam, ümumiyyətlə, kəndin özü bir memarlıq abidəsidir. Orada sakral memarlıq abidələri, məscidlər, kilsələr var. Onların hamısı milli dəyərlərimizidir və təbii ki, bu cür milli mədəniyyət nümunələrimizi qorumalıyıq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

