Natiq Cəfərliyə kiçik xatırlatma, yaxud demaqoqluq natiqlik deyil
11.09.2023 [16:10]
“Real partiyasının icra katibi Natiq Cəfərli siyasi partiyaların ideoloji kursu ilə əlaqədar növbəti “mülahizə”lərini ifadə edərkən siyasi savadsızlıqdan irəli gələn ciddi qüsurlara və bəsit yanlışlıqlara yol verib. O qeyd edib ki, “YAP iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır”. Görünür, Natiq Cəfərli ya “iqtidar partiyası” ifadəsinin anlamını bilmir, ya da insanların (ən azından, sosial şəbəkə istifadəçilərinin) siyasi nöqteyi-nəzərdən cahil olduqlarını düşünür. “İqtidar partiyası” seçkidə xalqın dəstəyini qazanaraq hakimiyyət funksiyasını yerinə yetirən siyasi təsisatdır. N.Cəfərlinin anlayacağı dildə, yəni loru və bəsit ifadə etsək, iqtidar partiyası hakimiyyətdə olan siyasi təşkilatdır. Görəsən, onun bunların hansından xəbəri yoxdur – YAP-ın hakim partiya olmasından, yoxsa iqtidar və hakimiyyət sözlərinin mənasından?! Yoxsa hər ikisindən?! Hakimiyyətə iddialı olan partiya nümayəndəsinin “hakimiyyət” məfhumunun anlamından bixəbər olması təkcə qəribə deyil, həm də öz adına ayıbdır. Digər tərəfdən, “iqtidarda təmsilçisi olmaq” nə deməkdir? Məgər Azərbaycanda koalision hökumət var?! Sözün açığı, partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”.
Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli öz feysbuk hesabında yazıb.
O qeyd edib: “Real təmsilçisi yazır ki, “YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlə”. Bu yanaşma həm savadsızlıq, həm məlumatsızlıq, həm də qərəzlilik nümunəsidir. Çünki əvvəla, partiyanın İdarə Heyətinin qərarı ilə 2021-ci ildə təsdiq edilmiş proqramda YAP-ın ideoloji siyasətinin əsasları - bütün istiqamətləri öz əksini tapıb. Əgər N.Cəfərli bir anlıq inkarçılıq psixologiyasından qurtula bilsə və internetdən istifadə etmək imkanına malikdirsə, Yeni Azərbaycan Partiyasının rəsmi saytına daxil olaraq proqramda əksini tapmış ideoloji-siyasi məsələlərlə tanış ola bilər (http://yap.org.az/az/view/pages/9). N.Cəfərlinin pərəstiş etdiyi ölkələrdə deyildiyi kimi, “no comment!”. İkincisi, YAP-ın ideoloji kursu partiyanın siyasi dəyərləri və prinsiplərində öz əksini tapıb ki, buraya müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı aiddir. Əgər N.Cəfərli bu dəyərlər və prinsiplərin hansı ideoloji istiqamətə aid olduğunu müəyyənləşdirə bilmirsə, bunu natamam “iqtisadçı”nın siyasi savadsızlığı adlandıra bilərik. Deyək və agah olsun ki, bu azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyadır. Burada liberalizmin də, mühafizəkarlığın da, yeni mühafizəkarlığın da (və s.) elementləri var, yəni universal ideoloji formuladır. Şərt deyil ki, “Real” kimi ideoloji siyasəti məhz Qərb nəzəriyyələrindən kopya edərək “ya liberal, ya da mühafizəkar”, ya “sağ, ya da sol” deyə kəskin təsnifatlandırma aparaq. Universallığı inkar etmək idealizm deyil, qeyri-REALlıqdır”.
“Nəhayət, N. Cəfərlinin “Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq” ,- sözləri onun partiyasının hələ də öz ideoloji siyasətini müəyyən etməməsindən xəbər verir. Özlərini “hakim partiyaya rəqib” göstərənlərin siyasi-ideoloji kursunun bəlli olmaması, yumşaq desək, gülüş doğurur. Sosial şəbəkələrdə populizm və demaqogiya ilə məşğul olmaq əvəzinə, siyasi-ideoloji məsələlər üzərində işləmək məqbul olar. Demaqoqluq natiqlik deyil, elə deyilmi, Natiq Cəfərli?!” ,- deyə N.Qələndərli bildirib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17

