Əsasını Sabir türklərinin qoyduğu kənd
12.09.2023 [10:46]
Abşeron kəndləri
Şahanə
Bakının vaxtilə əkinçiliklə məşğul olan kəndlərindən biri də Zabrat kəndidir. Bəziləri Zabratın rus sözü olduğunu iddia edirlər. Əslində bu, belə deyil. Bu söz Xəzərin qərb sahillərinə gəlmiş və bir müddət burada köç salmış Sabir tayfasının adı ilə bağlıdır. Zabrat — Sabir sözünün axırına ərəbcə «at» cəm şəkilçisini əlavə etməklə düzəldilib. Sonralar S hərfi Z ilə əvəz edilib və sabir sözundəki i hərfi düşərək Zabrat kimi tələffüz olunmağa başlanılıb.
Xəzər sahillərinə gəlmiş köçəri türk tayfaları bir qayda olaraq düşdükləri yerləri öz adları ilə adlandırırdılar. Xəzər dənizinin adının da hun tayfalarından olan xəzərlərin adı ilə bağlı olma ehtimalı təsadüf deyil.
Bu yerin başqa bir adı da Küləy Mahmud və ya Qulam Mahmuddur (Mahmudun nökərləri deməkdir). O zaman Azərbaycana səpələnmiş əhmədlilərin izləri indiyədək qalıb. Onların adları ilə adlandırılmış Əhmədli kəndlərinə indi də rast gəlmək olar, hazırda Cəbrayılda, Qubada, Lənkəranda və başqa rayonlarda Əhmədli kəndləri mövcuddur.
Zabrat qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınıb. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdı. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınıb) kəndləri yerləşir. Zabrat toponimi İran dillərində "Zab"- (çeşmə, bulaq, mənbə) və"rat" (Fəvvarə, məhsuldar) sözlərindən düzəlib, ərazidəki neft fontanları ilə bağlı belə adlanıb.
Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi (Zərkənd)- Zərbat-Zabrat. Zabrat - Maştağa, Ramana, Sabuncu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə), Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı - Ləəş bağlarından başlayıb, yəni kəndin birbaşa dənizə çıxışı olmayıb.
Zabrat əhalisinin məşğuliyyəti əsasən əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olub. Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir. Əvvəllər Zabrat ərazisində yerləşən zəfəran sahələri 250 hektardan çox olduğu deyilir. Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu var. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

