Qeyri-OPEC ölkələrində neft hasilatı ilə bağlı proqnoz yüksəldilib
12.09.2023 [18:16]
OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.
Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.
2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.
“2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,8 milyon barel olacağı gözlənilir. Bu rəqəm ötən ayla müqayisədə demək olar ki, dəyişməyib”, - hesabatda qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

