Gültəkinin Paşinyan sevdası
13.09.2023 [10:10]
Müxalifət düşərgəsində Ermənistanın baş nazirini hakimiyyətə gətirən Qərb dairələrinin sifarişləri əsasında “Hamımız Paşinyanıq təbliğatı yenidən baş qaldırıb. Bu üzdəniraq kampaniya çərçivəsində xüsusi canfəşanlığı ilə fərqlənən simalardan biri də qondarma Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylidir. Söhbət zaman-zaman siyasi oriyentasiyasını dəyişən, maraqlarını, ona gələn təklifləri dəyərləndirməklə gah bu, gah da digər düşərgədə yer alan Gültəkin Hacıbəylidən gedir. Belə görünür ki, indi onun üçün yeni bir missiya yerinə yetirmək - Ermənistanın lideri Nikol Paşinyanın müdafiəsinə qalxmaq dövrü çatıb. Sifarişin Qərbdəki anti-Azərbaycan dairələrdən gəldiyini təxmin etmək elə də çətin deyil.
Niyə məhz indi?
Bəlli mərkəzlərdən idarə olunan sosial şəbəkələrdə “Biz hamımız Paşinyanıq” təbliğat kampaniyasının yenidən gündəmə gəlməsi heç də təsadüfi deyil. Nikol Paşinyan Qərb dairələrinin layihəsi əsasında Ermənistanda hakimiyyətə gətirilib. Əslində, zamanında onun heç bir siyasi perspektivi görünmürdü. Çünki o, diletant birisidir, diplomatik səriştəsi yoxdur, siyasi iradə sahibi deyil. Təsadüfi deyildir ki, verdiyi sözü tez-tez geri götürməsi onun haqqında qeyri-ciddi, komik, həmişə yedəkdə gedən siyasətçi obrazını formalaşdırıb.
Bəs belə birisi barədə niyə məhz indi “Biz hamımız Paşinyanıq” kampaniyasına start verilməsini şərtləndirən amillər hansılardır? Ermənistanda izlənən siyasi proseslərdən o qənaət hasil olur ki, hazırda Nikol Paşinyan hakimiyyətinin ən kritik dönəmini yaşayır. Onun Ermənistanın ənənəvi bağlı və asılı olduğu Rusiya əleyhinə səsləndirdiyi fikirlər qonşu dövlətdə birmənalı qarşılanmayıb. Rusiyanın rəsmiləri son günlərdə Nikol Paşinyanın imicinə böyük zərbə sayıla biləcək fikirlər səsləndirirlər. Ermənistanda revanş götürüb hakimiyyətə keçmək istəyən qüvvələr - onların sırasında sabiq prezidentlər R.Köçəryan və S.Sarkisyan da yer alırlar - Rusiyadan gələn mesajları fürsət kimi dəyərləndirərək N.Paşinyana qarşı total hərəkətə keçiblər. Qərb dairələrinin narahatlığı da bununla bağlıdır. N.Paşinyan onların çirkin Cənubi Qafqaz siyasətini reallaşdırmaları üçün ən uyğun gələn və sözəbaxan loyal fiqurdur.
G.Hacıbəyli Paşinyanı mədh edən xorda niyə yer alır?
Gültəkin Hacıbəylinin Paşinyan sevdası tüğyan edir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü sosial şəbəkə statusunda yazıb ki, Paşinyan, Şuşada yallı gedib damarımıza basan adamdır, amma o həm də “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır, Qarabağ məsələsi ərazi deyil, insan hüquqları məsələsidir” deyən şəxsdir. “Azərbaycanın 7 rayonunu vaxtında qaytarmalı idik, səhv etmişik” etirafında bulunan siyasətçidir. G. Hacıbəyli dil ağıza qoymadan davam edir: “Paşinyan 44 günlük savaşda Türkiyənin Azərbaycana misilsiz mənəvi-siyasi dəstəyindən sonra Ankaraya səfər edib cumhurbaşqanı Ərdoğanın inauqurasiyasında iştirak edən, buna görə linç edilən erməni lideridir. Paşinyan ermənidir, təbii ki, ilk öncə öz millətinin maraqlarından çıxış edir. Ancaq bizim bəxtimiz gətirib ki, hazırda Ermənistana erməni millətinin çıxarlarını düzgün hesablayan, Ermənistanı Rusiyanın əsarətindən qoparıb Qərbə, Avrointeqrasiya istiqamətində aparmaq, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyən siyasətçi rəhbərlik edir. Paşinyan hətta daha irəli gedərək Ermənistan Konstitusiyasında Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarının mövcudluğuna publik etiraz etmək cəsarətini özündə tapıb”.
Gültəkin Hacıbəylinin bədnam statusunda yer alan belə absurd fikirlər çoxdur. Gültəkin Hacıbəyliyə xatırlatmaq istərdik ki, Nikol Paşinyanın onu vəcdə gətirən etirafları məğlub ölkənin liderinin özünə bəraət qazandırmaq, ermənilər qarşısında günahlarını yumaq və nifrət dalğasını bəhanələrlə səngitmək cəhdindən başqa bir şey deyil. Görəsən, Gültəkin Hacıbəyli və xorda yer alan digərləri nə üçün anlamaq istəmirlər ki, Ermənistan liderinin bəhs olunan etirafları dilə gətirməkdən başqa çıxış yolu yoxdur. O, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətin, ordunun döyüş qabiliyyətinin aşağı olmasının izahını verməlidir. Obyektiv izahat olmayan yerdə N.Paşinyan kimi siyasətçilər demaqoqiyaya üstünlük verirlər. Nikol Paşinyana hayıl-mayıl olan Gültəkin Hacıbəyli onun müharibədən əvvəl keçmiş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı radikal çıxışlarını nə tez unudub?
Burada belə bir sual da tam yerində səslənir: Bəs Azərbaycandakı müxalifət düşərgəsinin təmsilçiləri, o cümlədən də Gültəkin Hacıbəyliyə nə düşüb ki, onlar da Nikol Paşinyanı mədh edən xorda yer alırlar? Bu sualın cavabı da sadədir. Əli Kərimli başda olmaqla bu anti-milli düşərgə təmsilçilərinin əksəriyyəti Qərbdəki bəlli dairələrə sıx bağlıdırlar - onlardan qrantlar müqabilində ölkəmizin, xalqımızın milli maraqlarına zidd olan tezislər alırlar. Bu düşərgənin antimilli səciyyə daşıyan fəaliyyət istiqamətləri məhz bu tezislər əsasında müəyyənləşir. Belə görünür ki, G.Hacıbəyli və digərləri indi N.Paşinyanın mədhi ilə bağlı tezislər alıblar...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14

