“Mühacirət müxalifəti”nin “qara siyahısı”...
14.09.2023 [10:30]
AXCP, Müsavat, REAL partiyaları da bu siyahıda yer alırlar
Mübariz ABDULLAYEV
Xaricdə “lövbər” salan və özünü “mühacirət müxalifəti” adlandıran kəsimin Azərbaycanın milli maraqlarına yönələn “fəaliyyəti” sosial şəbəkələrdə ölkəmizdə baş verənləri qaralamaqdan, şər və böhtan kampaniyaları aparmaqdan uzağa getmir. Ölkəmizdə yeni Qanuna uyğun olaraq həyata keçirilən siyasi partiyaların yenidən qeydiyyata alınması prosesi də “mühacirət müxalifəti”nin təmsilçiləri tərəfindən əyri güzgüdən təqdim olunur. Bütövlükdə, “Siyasi partiyalar haqqında” yeni qanun qaralanır, sənəddə əksini tapan müddəalar qərəzli və naqis baxış bucağından izah edilir. Aydın şəkildə sezilir ki, bu kimi təqdimatlar son nəticədə Azərbaycanın müsbət imicinə xələl gətirməyə hesablanıb.
Demokratik və hüquqi dövlət quruculuğunu özünün əsas prinsiplərindən biri kimi bəyan edən Azərbaycanda siyasi sistemin daha da təkmilləşdirilməsini hədəfləyən islahatlar davamlı səciyyə daşıyır. Bu çərçivədə hüquqi bazanın möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin fəallığının artırılmasına, dövlət idarəçiliyində ictimai nəzarətin gücləndirilməsinə, siyasi konfiqurasiyanın yeni çağırışlara və reallıqlara adekvatlığının təmin olunmasına xüsusi diqqət göstərilir. Cari ilin əvvəlində Milli Məclisdə təmsil olunan əksər partiyaların müraciəti əsasında hazırlanan və müxtəlif səviyyələrdə geniş müzakirələri aparılan “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul olundu. Yeni Qanunun qəbulundan sonra respublikamızda siyasi partiyaların qanunvericilik çərçivəsində fəaliyyətlərinə nəzarət gücləndirilib. Siyasi partiyaların fəaliyyətində rast gəlinən boşluqlar və qanundan kənara çıxma halları ilk növbədə hüquqi tənzimləmə yolu ilə aradan qaldırılır.
“Mühacirət müxalifəti” isə ölkəmizdə siyasi konfiqurasiyanın genişləndirilməsi, onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə nəzarət sisteminin gücləndirilməsini “demokrayiyaya, siyasi partiyalara basqı” anlamında təqdim edir. Səsləndirilən absurd iddialardan biri də yeni qanunla reyestr qaydalarının tətbiqi ilə bağlıdır. Bəli, yeni qanunla yenidən qeydiyyata alınma prosesi üçün partiyaların qarşısına 5 min üzvə malik olmaq tələbi qoyulub. Partiyalar, həmçinin yenidən qeydiyyatdan keçmək üçün üzvlərinin reyestrini müvafiq dövlət qurumuna - Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bu kimi qaydalar yenidən qeydiyyata alınma prosesində istisnasız olaraq bütün siyasi partiyalara münasibətdə tətbiq olunur, burada hansısa seçimlər aparılmır. “Mühacirət müxalifəti”nə xatırladaq ki, yeni qanun qüvvəyə minəndən sonra 31 partiya 5 min üzvə malik olmadığına görə öz təşəbbüsü ilə ləğv olunduğunu bəyan edib. 27 siyasi partiya isə yenidən qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Qurum artıq 15-dən çox partiyanı qeydiyyata alıb. Onların sırasında Yeni Azərbaycan Partiyası, Ağ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli Cəbhə Partiyası, Ana Vətən Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası və digərləri var. Son günlərə isə AXCP, Müsavat, REAL kimi partiyalar da müvafiq qaydada qeydiyyata alınıblar. Partiyaların adlardan da göründüyü kimi, yenidən qeydiyyat prosesində ayrı-seçkiçilikdən söhbət belə getmir. Beş minlik üzv tələbini ödəyən və reyestr məlumatlarını düzgün təqdim edən siyasi partiyaların hamısının qarşısında “yaşıl işıq” yandırılır. AXCP, Müsavat, REAL kimi partiyaların yenidən qeydiyyatının bir qədər yubanması isə onların məhz reyestr məlumatlarındakı uyğunsuzluqların yoxlanılması ilə bağlı olub. Uyğunsuzluqlar partiyalar tərəfindən aradan qaldırıldıqdan sonra onların qeydiyyata alınmaları da gecikmədən həllini tapıb. Bunu partiyaların funksionerlərinin özləri də KİV-ə açıqlamalarında bildiriblər.
Xaricdəki “mühacirət müxalifəti” isə qeydiyyatı uğurla başa çatan siyasi partiyaları “reyestr partiyaları” kimi qruplaşdırır. “Mühacirət müxalifəti” artıq qeydiyyatdan keçən AXCP, Müsavat və REAL partiyalarını da müəyyən eyhamlar etməklə “reyestr partiyaları” sırasında görür. Halbuki, lap yaxın günlərədək bəhs olunan partiyalar eyni tribunalardan auditoriyaya Azərbaycanın real müxalifət partiyaları kimi təqdim olunurdu. Görəsən, qeydiyyatdan keçmə prosesi nəyi dəyişib ki, artıq həmin partiyalar da “mühacirət müxalifəti”nin “qara siyahısı”na düşüb?
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

