Autsayderlər daha bir “siyasi imtahan”dan kəsildilər
15.09.2023 [10:35]
44 günlük Vətən müharibəsini parlaq Zəfərlə tamamlayan Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda ardıcıl və qətiyyətli addımlarını davam etdirməkdədir. Bu istiqamətdə reallaşdırılan bütün fəaliyyət ölkə başçısının daim diqqətində olan prioritet məsələləri özündə ehtiva edir.
Çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi
Ümumiyyətlə, tarixə qısa nəzər salsaq, görərik ki, ölkəmiz zəngin demokratiya ənənələrinə sahibdir. Təsadüfi deyil ki, şərqdə ilk demokratik cümhuriyyət məhz Azərbaycanda qurulmuşdur. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın demokratiya yolunda qəti addımlar atmasını şərtləndirmiş oldu. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu üçün sağlam təməl formalaşdırdı. Ölkəmiz müasir dövrdə də dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə qətiyyətlə addımlayır. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu da ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi və respublikamızın siyasi həyatında əlamətdar hadisədir.
Radikallar “ənənə”lərinə sadiqdirlər
Təsadüfi deyil ki, yeni qanunun qəbulu sağlam düşüncəli siyasi qüvvələr tərəfindən təqdirlə qarşılanır və demokratik inkişaf istiqamətində irəliyə doğru atılmış önəmli addım kimi dəyərləndirilir. Lakin siyasi nüfuzu, sosial bazası olmayan radikal müxalifət isə sadəcə öz bacarıqsızlığına və milli maraqlardan uzaq mövqeyinə haqq qazandırmaq məqsədilə reallıqdan uzaq ittihamlar səsləndirərək absurd iddialar irəli sürüblər.
Onlar niyə narahatdır?
Yeni Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Bu məqam radikal müxalif qüvvələri çox ciddi narahat etdi. Beş min imza toplamaq şərti “müxalifət lideri” statusuna iddialı olan partiyanı ciddi şəkildə xoflandırdı. Çünki reallıqlar radikal müxalifətin həqiqi potensialını - mövcud vəziyyətini ifşa edir.
Üzr istəyəcəklərmi?
Bütün mütərəqqi, inkişafyönümlü addımlara, o cümlədən “Siyasi partiyalar haqqında” Qanuna yalnız və yalnız şər, böhtan yağdırmaqla məşğul olan radikal müxalif partiyaların nümayəndələri qeydiyyatdan sonra özlərini heç nə olmamış kimi aparırlar. Cəmiyyəti hər vəchlə yeni qanunun guya onların fəaliyyətinin dayandırılmasına yönəldiyinə inandırmağa çalışan radikalların iddialarının əksinə, Azərbaycan dövləti siyasi partiyaların üzvlərinin reyestrini sağlam və obyektiv yanaşma əsasında təsdiq etməklə siyasi dialoqa sadiqliyini bir daha qətiyyətlə nümayiş etdirdi. Lakin həmin partiyaların qeyri-adekvat yanaşma və saysız-hesabsız böhtanlara görə xalqdan və ali demokratiya nümunəsi göstərən iqtidardan üzr istədiyinə şahid olmadıq. Başqa sözlə, siyasi autsayderlər daha bir “siyasi imtahan”dan kəsildilər.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

