Laqeydlik və ya qərarsızlıq vaxtı deyil...
15.09.2023 [10:55]
Dörd gün sonra BMT Baş Assambleyasının 78-ci sessiyası başlayacaq
Sentyabrın 19-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyası baş tutacaq. Sessiya BMT-nin mənzil-qərargahında öz işinə başlayacaq. Həmin gün BMT Baş Assambleyasının hazırkı rəhbəri, macarıstanlı diplomat Çaba Korosi 77-ci sessiyaya yekun vuracaq. Yeni sessiyaya Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Denis Fransis rəhbərlik edəcək.
BMT yarandığı 1945-ci ildən Nizamnaməsinə uyğun olaraq hər il Baş Assambleyanın sessiyası keçirilir. 78-ci sessiyanın gündəliyinə də bir sıra mühüm məsələlər daxildir. Müxtəlif ölkələrin dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada iştirakçı şəxslər öz ölkələrinin problemini yüksək tribunadan səsləndirəcəklər.
193 ölkə iştirak edəcək
BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək. Həftədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.
Bu liderlər Nyu-Yorka getməyəcəklər
Assambleyanın 78-ci yüksək səviyyəli həftəsi ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaq. Ondan sonra ABŞ prezidenti Cozef Bayden söz alacaq. Qeyd edək ki, Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.
Quterreşdən çağırış...
Yeri gəlmişkən, BMT-nin Baş katibi Antonio Quterreş 78-ci sessiya qabağı dünya liderlərinə çağırış edib. O, qeyd edib ki, dünya liderlərinin real, praktiki qərarlar qəbul etmək üçün bir araya gəlməsinin vaxtıdır. Quterreşin sözlərinə görə, indi mövqe tutmaq, laqeydlik və ya qərarsızlıq vaxtı deyil: “Siyasət, diplomatiya və effektiv liderlik kompromisdən ibarətdir. Dünya liderlərinin ümumi rifah üçün ortaq gələcəyin dizaynında kompromis əldə etmək üçün xüsusi məsuliyyəti var. Buna da gələn həftə Nyu-Yorkda başlamalıyıq”.
77-ci sessiyada nələr baş vermişdi?
Xatırladaq ki, Baş Assambleyanın 77-ci sessiyası ötən il sentyabrın 20-də toplanıb. Sessiyada iştirak edən dünya liderləri bir sıra aktual və qlobal problemləri müzakirə etmişdilər. Müzakirə olunan əsas mövzular iqlim böhranı və Ukraynadakı müharibə idi. Sessiyaya cəmi bir gün qalmış Rusiya prezidenti Vladimir Putin müharibəyə daha çox hərbi personalı səfərbər etdiyini elan etmişdi. Rusiya liderinin bu açıqlaması isə bir çox ölkələr tərəfindən qınaq obyektinə çevrilmişdi.
Baydenin Rusiya açıqlaması
Amerika prezidenti Cozef Bayden 77-ci sessiyada çıxış növbəsi çatanda ilk olaraq Rusiyaya səslənmişdi. Bayden Putinin BMT-nin nizamnaməsinin əsas prinsiplərini pozduğunu qeyd edərək Amerikanın Ukraynaya dəstəyini səsləndirib. O, çıxışında Moskvanın Avropaya qarşı nüvə silahından istifadə etmək üçün açıq-aşkar təhdidlər etdiyini və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını deyib. Bayden eyni zamanda bildirib ki, ABŞ başa düşür ki, nüvə müharibəsində qaliblər ola bilməz və bu müharibə heç vaxt baş verməməlidir. Bundan əlavə, o, ABŞ-ın dünyada nə baş verməsindən asılı olmayaraq təhlükəli silahlara nəzarət tədbirləri görməyə hazır olacağına söz vermişdi.
Azərbaycanın Milli Bəyanatı...
Xatırladaq ki, BMT Baş Assambleyasının ötənilki sessiyasında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil etmişdi. Sessiyanın ümumi müzakirələrində Milli Bəyanatla çıxış edən nazir bildirmişdi ki, koronavirus pandemiya şəklində uzunmüddətli çağırışların dünya ölkələri arasında həmrəyliyinə ehtiyac yaradıb. C.Bayramov pandemiya ilə mübarizədə respublikamızın 80-dən çox ölkəyə yardım göstərdiyini vurğulamış, həmçinin Azərbaycanın beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qaldığını qeyd etmişdi. XİN rəhbəri ölkəmizin işğaldan azad olunmuş ərazilərində kənd və şəhərlərin sıfırdan bərpa olunduğunu diqqətə çatdırmışdı.
C.Bayramov çıxışında həmçinin BMT ilə Azərbaycan arasında əlaqələrə toxunaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci Qarabağ müharibəsindən də danışmışdı.
Ölkəmizə təşəkkür...
Bu günlərdə BMT Baş Assambleyasının hazırkı, 78-ci sessiyasının prezidenti Dennis Frensis Qoşulmama Hərəkatına (QH) üç il müddətində sədrliyi dövründəki səmərəli fəaliyyətlərinə görə Azərbaycana təşəkkür edib. O, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın ev sahibliyi ilə baş tutan QH-nin Əlaqələndirmə Bürosunun səfirlər səviyyəsindəki görüşündə çıxış edib. Frensis Azərbaycanın QH-na üç illik sədirliyi dövründə aktiv və dolğun fəaliyyətlərindən, reallaşdırdığı genişmiqyaslı layihələrdən bəhs edib: “Bizi narahat edən müxtəlif məsələlərin həlli yollarını axtararkən, sizi və Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun dəstəyinə arxalanmağa davam etməyə çağıracağam. Geosiyasi vəziyyətin çoxtərəfliliyə inamın əngəllədiyini, münaqişələrin və qeyri-sabitliyin çox olması dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına imkan vermir. Pandemiyanın və iqlim dəyişikliyinin təsirləri bir çox cəmiyyətləri sıxışdırmaqda davam edir.
BMT Baş Assambleyasının 78-ci sessiyasında bütün bunlar hamımızı narahat edən məsələlər olmalıdır. Baş Assambleyanın bu 78-ci sessiyasında mən xüsusi olaraq Qoşulmama Hərəkatına güvənəcəyəm və Sülh, Rifah, Tərəqqi və Davamlılıq kimi dörd şüarıma xüsusi diqqət yetirəcəyəm”.
D.Frensis Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevlə görüşündə ona beynəlxalq təşkilata verdiyi töhfələrə görə xüsusi təşəkkür edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

